CÜMHURİYYƏT - 100


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Qırğızıstan KİV-lərində geniş işıqlandırılıb

Bişkek, 12 iyul, АZƏRTAC

Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyasının “Ala-Too 24” proqramında, həmçinin “Piramida”, “Eltr” televiziya kanallarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi şərəfli yol haqqında qırğız və rus dillərində verilişlər yayımlanıb.

“Qırğız Tuusu” qəzetində dərc edilən “Əsrlər boyunca - Azərbaycan” məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, qısa müddət ərzində görülən işlər, demokratik respublikanın yaradıcıları barədə söhbət açılır.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun "Slovo Kırqızstana" dövlət qəzetində dərc olunan müsahibəsində Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Cümhuriyyətin uğurları, respublikanın müsəlman Şərqində dünyəvi, sivil və demokratik dövlət olması haqqında ətraflı məlumat verilir.

“Veçerniy Bişkek” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı “Dostların yubileyi” və “Manas” eposu bizim ümumi dilimizdə yazılmışdır” adlı məqalələr dərc olunub.

Bundan başqa, Qırğızıstanın "Kabar", “Ca-News”, “Akipress” və digər informasiya agentliklərinin, həmçinin Qırğızıstan Milli Universitetinin saytlarında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumatlar də verilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.