Azərbaycan sülhməramlısı: Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik
Bakı, 27 avqust, AZƏRTAC
Mən ötən il sentyabrın 9-da sülhməramlı qüvvələrə qəbul oldum. 2021-ci ilin iyulunda Əfqanıstana xidmətə yollanmışam. Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı kontingentinin üzvü Seymur Yusifli deyib.
O bildirib ki, biz Əfqanıstanda türkiyəli qardaşlarımızla çiyin-çiyinə xidmət aparırdıq. Bizim oradakı missiyamız Kabil Hava Limanının mühafizəsini təmin etmək idi.
Qeyd edək ki, 2002-ci ildən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2015-ci il yanvarın 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 2018-ci il yanvarın 9-dan missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:34]
Bakıda NATO-nun təlim kursu keçirilir
- 09.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 9 oktyabr
- 08.10.2026 [15:00]
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
- 08.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 8 oktyabr
- 08.10.2026 [10:08]
Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub
- 07.10.2026 [12:00]