Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan təbiətinin payız səfası

Bakı, 1 sentyabr, AZƏRTAC

Günəşli sakit günlər, dəniz və oktyabrın sonundan tez olmayaraq rəngini dəyişməyən yaşıl meşələr, parklar və bağlar payız mövsümünü Azərbaycanda keçirənlərə zövq verir. Başqa ölkələrdə turistlərin proqramına tez-tez mane olan dəyişkən havalardan fərqli olaraq, buranın gözəl hava şəraitində istirahət etmək qonaqlarda xoş təəssürat doğurur.

Bakı bulvarı

Bakıda payız mövsümü adətən təqvimdə göstərildiyindən gec başlanır. Paytaxtda sentyabr ayı hamını 22-25 dərəcə isti hava ilə sevindirir.

Bakıda ikinci baharı abadlığı ilə seçilən və həmişə insanlarla dolub-daşan çoxsaylı şəhər parklarında keçirmək xoşdur. Xüsusən bir əsrdən çox yaşı olan və Azərbaycan paytaxtının görməli məkanlarından sayılan Dənizkənarı Milli Parkı - Bakı bulvarını gəzməyi tövsiyə edirik.

Dənizkənarı Milli Park gül-çiçəyə və yaşıllığa bürünüb. Bulvarın yubileyi ərəfəsində burada müxtəlif ölkələrdən gətirilən ekzotik bitkilər və kollar, xüsusən Argentinadan hər biri 7 ton ağırlığında 150 illik baobablar, böyük kaktuslar, qədim zeytun və palma ağacları əkilib. Bulvarın ərazisində onlarla rəngarəng attraksionlar, nəhəng attraksion-panoram, kafe və restoranlar, istirahətinizin şən və mənalı keçməsi üçün digər imkanlar mövcuddur. Dəniz səyahətini sevənlər üçün sərnişin gəmiləri, Yaxt-klub və üzən restoran fəaliyyət göstərir. Bulvarın “Bakı Venesiyası” adlanan guşəsində isə süni və dar kanalda üzən qayıq və qondolalarla həmin italyan şəhərində olduğu kimi, gəzintiyə çıxmaq olar.

Milli Musiqi Günü

Hər il sentyabrın 18-də - Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu gündə ölkədə Milli Musiqi Günü qeyd olunur. Azərbaycan musiqi mədəniyyəti adlı-sanlı nümayəndələri və ənənələri ilə zəngindir. Azərbaycan və bütün Şərqdə ilk opera - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsəri 1908-ci il yanvarın 12-də ilk dəfə tamaşaya qoyulub. Azərbaycan professional opera sənətinin tarixi də məhz bu mədəniyyət hadisəsindən başlayır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illik yubileyinin rəsmi şəkildə bayram edilməsi UNESCO-nun “2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına” daxil edilib. 

Milli Musiqi Günündə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binası qarşısında ənənəvi olaraq tanınmış ictimai xadimlərin iştirakı ilə keçirilən rəsmi tədbirdə musiqiçilər də çıxış edir. Həmin günlər Bakıda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər, ifaçılar və kollektivlər iştirak edir.

Bakı Beynəlxalq Caz Festivalı

Payızda Bakıda dünyanın ən məşhur ifaçılarının iştirakı ilə daha bir parlaq musiqi tədbiri - Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Azərbaycan paytaxtına gələn əcnəbi caz ulduzları yerli musiqiçilərlə yanaşı olaraq, tamaşaçılar qarşısında öz istedadlarını nümayiş etdirirlər. 

Bu il oktyabrın 14-dən 28-dək keçiriləcək festivalın proqramına Laura Poldvere (Estoniya), fransalı caz pianoçusu Jan-Kristof Şole, İsveçin “Music Music Music” kollektivi, “Kodaly and Spice Jazz” (Macarıstan), Martin Salemi triosu (Belçika), Helge Lien triosu (Norveç), Maykl Pipoquinha (Braziliya), Ruben Hein (Niderland), Qreqori Maret (ABŞ), Kristi Daşiyel (ABŞ) və digər ulduzlar daxildir.

Xatırladaq ki, Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən keçirilir. Festival çərçivəsində musiqiçilər Bakı Caz Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Heydər Əliyev Sarayı, Bakı Filarmoniyası və şəhərin digər müasir səhnələrində sıxış edirlər.

Tədbirin keçirildiyi günlərdə Bakıda sərgilər, əl işlərinin satışı, caz kinosu və gənc caz musiqiçilərinin müsabiqəsi də təşkil edilir.

Kulinariya

Azərbaycanda payız fəsli təbiətin səxavətlə bəxş etdiyi nemətləri sevənlər üçün əsl fürsətdir. Sentyabrda bolluğu ilə piştaxtaları bəzəyən əncir, qarpız, zoğal, qozun yerini heyva, xurma, muşmula, nar tutur. 

Təzə çəkilmiş nar şirəsi payızda səyahətçilərin rahat guşə tapacağı istər böyük restoranlarda, istərsə də yolkənarı kafelərdə nəfis hazırlanan balıq yeməklərinə xüsusi dad verir. Yerli meyvə və giləmeyvələrdən bişirilən mürəbbələr Azərbaycan çayxanalarına baş çəkənlərin çox xoşuna gəlir.

Nar festivalı

Azərbaycanlıların ən sevdiyi və meyvələrin şahı olan nar vitamin və sağlamlıq mənbəyidir. Ölkənin bərəkətli torpağı bu faydalı meyvənin bütün növlərini yetişdirmək üçün əlverişlidir. Nar becərilməsi üçün ideal iqlimi və torpağı olan Göyçay rayonu bu sahədə xüsusilə fərqlənir. Təsadüfi deyil ki, Nar festivalı da hər il məhz bu rayonda təşkil olunur. 

Festival payızın axırlarında - oktyabrın sonu - noyabrın əvvəlində narın yetişdiyi vaxt keçirilir. Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirə Azərbaycanın müxtəlif yerlərindən və xarici ölkələrdən çoxlu sayda qonaq gəlir. Bu da təbiidir: bu cür rəngarəng nar çeşidləri və onlardan hazırlanan məzələrə buradan başqa heç bir yerdə rast gəlmək olmaz. Göyçayın 30-dan çox kəndinin fermerləri qonaqlara yeni mövsümdə narın 60 sortundan yığılan məhsulun dadına baxmağa imkan yaradır. Nazik qabığı və iri toxumları ilə fərqlənən “Vələs”, “Şirin”, “Gülöyşə”, “Şıxbaba” və digər sortlar daha məşhurdur. Festivalın gözəlliyi ondadır ki, qonaqlar bu məhsulların dadına baxa bilirlər. Təzə meyvələrlə yanaşı, nardan hazırlanan desertlər, piroqlar, şirələr də böyük marağa səbəb olur. Ət və balıq xörəkləri ilə birlikdə süfrəyə verilən narşərabı xüsusilə qeyd etmək lazımdır. Onu Azərbaycanda bütün ərzaq mağazalarından almaq olar, lakin qədim reseptlərlə hazırlanan narşərabın dadına yalnız festival günlərində baxa bilərsiniz.

Xalq gəzintiləri, artistlərin çıxışları, küçə tamaşaları festival iştirakçılarına və qonaqlara əsl bayram əhval-ruhiyyəsi bəxş edir.

Göyçaya getmək də çətin deyil, Bakı Beynəlxalq Avtovağzalından müntəzəm olaraq yola düşən avtobuslar üç saatdan da az müddətə sizi ünvana çatdıracaq.

Bakıda bal yarmarkası

Azərbaycan ekoloji cəhətdən təmiz məhsulları ilə tanınır. Onların arasında bal və bal məhsulları xüsusi yer tutur. Bakıda hər il Azərbaycanın arıçılıq təsərrüfatlarının ən yaxşı məhsullarının nümayiş etdirildiyi bal yarmarkası keçirilir. 

Yarmarka, bir qayda olaraq, oktyabrdan noyabradək davam edir. Burada ölkənin bütün bölgələrindən, o cümlədən yüksək dağ rayonlarından gətirilmiş ətirli bal və müalicəvi bal məhsulları təqdim edilir. Bütün məhsullar ciddi ekspertizadan keçirilir və lazımi standartlara cavab verdiyi halda yarmarkaya buraxılır.

Yarmarkaya gələnlər balın dadına baxa və müxtəlif bal növlərini, mum və süzmə çiçək balı, arı zəhəri, arı südü və yapışqanı kimi bal məhsullarını ala bilərlər. Burada məhsulların qiymətləri çox vaxt bazarda olduğundan aşağıdır.

Muzeylər və teatrlar

Payızda Bakıya gələnlərə paytaxtın teatr və muzeyləri ilə tanışlıq üçün əla fürsət yaranır. Muzey Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Miniatür Kitab Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinə baş çəkmək Bakı teatrları ilə tanışlıq qədər maraqlı olacaq. Teatrlar arasında isə memarlıq üslubu, tarixi və repertuarı ilə təkrarolunmaz hesab edilən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və digərlərini qeyd etmək olar.

Bölgələrə səyahət

Sentyabr-oktyabr aylarında Azərbaycana ilk dəfə gələn əcnəbilərin çoxu minillik sirləri özündə qoruyub-saxlayan şəhərkənarı tarixi abidələrlə maraqlanır. Turist marşrutlarından biri sizi nadir məkana - Bakıdan 60 kilometr cənubda yerləşən, 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarix-Bədii qoruğuna aparacaq. Qoruğun 537 hektar ərazisində dünyada ən böyük qayaüstü rəsmlərin kolleksiyası - 4 mindən çox petroqlif mövcuddur. 

Quba rayonunun Xınalıq kəndinə ekskursiya zamanı özünəməxsus ənənələr və mədəniyyətlə tanışlıq, Qalaaltı kəndinin yaxınlığında Çıraqqala (IV-V əsrlər) və digər maraqlı yerlər istirahətinizi daha məzmunlu edər.

Ov, balıqçılıq, göbələk və dərman bitkiləri toplamaq həvəskarları isə sakit göllərin əhatəsində mənzərəli meşələrə, şəfalı bulaqlara və qoruq ərazilərinə səyahət edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub