SİYASƏT


Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət növbəti yardım iyulun 5-də göndərilib.

AZƏRTAC xəbər verir ki, ümumi çəkisi 50 ton olan humanitar yardımın Polşanın Varşava hava limanına çatdırılması üçün təyyarə saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Humanitar yardım Ukraynanın Çerkassı vilayət administrasiyasının tərəfdaş şəhərlər xətti ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə etdiyi rəsmi müraciətlə əlaqədar hazırlanıb. Çerkassı şəhər əhalisinin ehtiyacları üçün nəzərdə tutulan humanitar yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.