DÜNYA


BƏƏ: əcnəbi turistlərin ödədiyi ƏDV onlara qaytarılacaq

Əbu-Dabi, 12 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti əcnəbi turistlərin ödədiyi əlavə dəyər vergisinin (ƏDV) onlara qaytarılması sisteminin tətbiq olunması barədə qərar qəbul edib.

AZƏRTAC Əmirliklərin KİV-lərinə istinadla xəbər verir ki, ƏDV-nin qaytarılması sistemi turizm sahəsinin stimullaşdırılmasına yönəlib. Bu sistem BƏƏ-nin bütün dünyada turistlər üçün sevimli istirahət yeri kimi statusunun möhkəmlənməsinə kömək edəcək. Hakimiyyət orqanlarının bu addımı təsdiq edir ki, Əmirliklərin strategiyası ölkədə vergi sisteminin səmərəliliyinin artırılmasına yönəlib.

Bildirilir ki, 2018-ci ilin dördüncü rübündə tətbiq ediləcək bu sistemin həyata keçirilməsinə müvafiq sahənin ən yaxşı mütəxəssisləri cəlb olunacaq. Turistlərə ƏDV-nin qaytarılması üçün xüsusi məntəqələr yaradılacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.