Biləcəri qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildəki sərnişin həlak olub
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də saat 11 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolun kənarında dayanmış Bərdə rayon sakini B.Mürsəlova məxsus “Opel” markalı avtomobil Bakı şəhər sakini C.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində C.Məmmədovun sərnişini Qurban İsmayılov hadisə yerində ölüb, sürücünün özü isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]