Biləsuvarda gün ərzində 350-400 hektar sahəyə çiyid səpilir
Biləsuvar, 27 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda çiyid səpini uğurla davam edir. Ötən il pambıq plantasiyalarından 30 min 249 ton xam pambıq toplayan biləsuvarlı “ağ qızıl” ustaları cari ildə 9 min 839 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün 1613 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum ilə təmin olunub və digər köməkliklər göstərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 5 min 32 hektardan çox sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə 350-400 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 2 min 226,6 hektarı “MKT-İK” MMC-yə, 1047 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 1459,1 hektarı “P-AQRO” MMC-yə, 306 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, artlq ilkin səpin aparılmış 556 hektar sahədə yaxşı bitiş alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]