Çində yaşayış binasında qaz partlayışı nəticəsində ölən və yaralananlar olub
Pekin, 21 iyul, AZƏRTAC
Çinin Tiencin şəhərində yaşayış binasında güclü qaz partlayışı nəticəsində 4 nəfər ölüb. Hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
AZƏRTAC şəhər hökumətinin məsələyə dair açıqlamasına istinadla xəbər verir ki, iyulun 19-da Beyçen rayonunda baş verən partlayış nəticəsində altımərtəbəli binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində bir neçə nəfər dağıntı altında qalıb. Xilasedicilər dağıntı altından 2 nəfəri sağ çıxara bilsələr də, digər 4 nəfərin meyiti tapılıb.
Partlayışın başvermə səbəbləri araşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]