Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COVID-19-un “omikron” variantı: faktlar və miflər

COVID-19-un “omikron” variantı: faktlar və miflər

Bakı, 21 yanvar, AZƏRTAC

2021-ci il noyabrın 26-da koronavirusun yeni variantına rəsmi “omikron” adı veriləndən bəri elmi tədqiqatlar sayəsində bizim bu ştam barədə biliklərimiz əhəmiyyətli dərəcədə genişlənib. Buna baxmayaraq “omikron” tam tədqiq edilməyib, və onun təbiətinin dərk edilməsində boşluqlar çoxlu sayda spekulyasiyaların, elmə zidd fərziyyələrin və açıq yalan məlumatın yaranmasına səbəb olub.

Son epidemioloji məlumatlar göstərir ki, hazırda ÜST-nin Avropa regionunda, əsasən də “omikron” variantının sürətli yayılması nəticəsində COVID-19-a yoluxma hallarında sürətli artım baş verir. 2021-ci ilin sentyabr ayında həftə ərzində milyona yaxın yoluxma halı qeydə alınırdısa, 2022-ci ilin yanvar ayının əvvəlinə təsdiq edilmiş yoluxma hallarının sayı təxminən yeddi milyona qədər artdı.

Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin monitorinqi, axtarış sistemlərində sorğuların təhlili, eləcə də alimlərlə məsləhətləşmələr sayəsində ÜST-nin Avropa bürosunun ekspertləri “omikron” ətrafında yaranan bəzi mifləri dağıda bilər və real faktlar barədə daha çox təsdiqlənmiş məlumatı təqdim edə bilər. AZƏRTAC “omikron” ətrafında yaranan faktlar və miflər barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun saytında yerləşdirilən materialı oxuculara təqdim edir.

Fakt: “Omikron” “delta” ilə müqayisədə daha təhlükəsizdir, lakin o koronavirusun “daha yüngül” variantı hesab edilməməlidir.

Mif: “Omikron” yalnız yüngül xəstəliklərə səbəb ola bilər.

ÜST-nin Avropa regionunun bir sıra ölkələrində aparılan tədqiqatlar göstərdi ki, “delta” ilə müqayisədə “omikron”a yoluxmanın nəticələri daha yüngül olur. Lakin “omikron”un təsiri əsasən vaksinasiyanın yüksək səviyyədə keçirildiyi ölkələrdə müşahidə olunub. Xəstəxanaya yerləşdirmə və ölüm hallarının nisbətən aşağı səviyyəsi, xüsusilə də əhalinin həssas qrupları arasında əhəmiyyətli dərəcədə məhz vaksinasiya ilə izah olunur. Vaksinlər olmasaydı, xəstəxanalara daha çox sayda insan yerləşdirilərdi. “Omikron”un vaksinasiya aşağı səviyyədə keçirildiyi ölkələrə nə dərəcədə təsir göstərəcəyi barədə bir qərara gəlmək hələ ki çətindir.

Fakt: “Omikron” səhiyyə sistemləri üçün hələ də yüksək risk yaradır.

Mif: “Omikron” daha az ciddi olduğundan, xəstəxanaya yerləşdirmələr daha az olacaq, səhiyyə sistemləri yoluxmaların yeni dalğasının öhdəsindən gələ biləcək.

“Omikron”un yayılması ilə bağlı ümumi risk bir sıra səbəbə görə çox yüksək səviyyədə qalmaqdadır. Son məlumatlar göstərir ki, “omikron” “delta” ilə müqayisədə daha böyük yayılma potensialına malikdir. Hətta “omikron”la yoluxma daha yüngül nəticələrə gətirib çıxarırsa, yoluxma hallarında sürətli artım xəstəxanalara yerləşdirmə hallarında artıma səbəb olacaq, bu da öz növbəsində səhiyyə sistemləri üçün həddindən artıq dərəcədə yük olacaq.

Fakt: Vaksinlər “omikron”a qarşı mövcud vasitələr arasında ən güclü müdafiəni təmin edirlər.

Mif: “Omikron”a qarşı peyvəndlər təsirsizdir.

Gözlənilir ki, vaksinasiya, koronavirusun digər variantları da olduğu kimi, “omikron”nun səbəb olduğu ağır xəstəliklərdən və ölümlərdən etibarlı müdafiəni təmin edəcək. İndiyə qədər “omikron” səbəbindən xəstəxanalara yerləşdirmə və ölüm hallarının nisbətən aşağı səviyyəsi əhəmiyyətli dərəcədə bir çox insanların artıq peyvənd olunması ilə izah olunur. Vaksinasiya orqanizmin virusa immun cavabını doğurur, həm bizi “omikron” da daxil olmaqla, hazırda dövr edən variantlardan müdafiə edir, həm də, çox güman ki, COVID-19-un gələcək mutasiyaları ilə bağlı ağır xəstəliklərdən müdafiəni təmin edəcək.

Fakt: “Omikron”a yoluxma riskinə ən çox peyvənd olunmamış insanlar məruz qalırlar.

Mif: Peyvənd olunmamış insanlar “omikron”dan ciddi şəkildə xəstələnməyəcəklər.

Ekspertlər deyirlər ki, "omikron" ilə risk etməyə və daha yaxşı nəticəyə ümid etməyə dəyməz, çünki bu variant istər-istəməz peyvənd olunmamış insanı tapacaq. COVID-19-a çox böyük sayda yeni yoluxma hallarının həcmi artıq “omikron”un üstünlük təşkil etdiyi ölkələrdə xəstəxanalara yerləşdirmə hallarında artıma səbəb olub, üstəlik, stasionarda müalicə olunmağa ehtiyacı olanların əksəriyyəti peyvənd olunmamışdı.

COVID-19-a qarşı müdafiə tədbirlərinin olmadığı yerlərdə “omikron” görünməmiş sürətlə yayılacaq. “Delta” variantında olduğu kimi, “omikron”da da peyvənd olunmamış insanlar daha çox zərər çəkəcək. Ekspertlərin əsas tövsiyəsi hələ də bu cür səslənir: regionunuzda nəzərdə tutulubsa, revaksinasiya da daxil olmaqla, növbəniz çatanda peyvənd olun.

Fakt: “Omikron” adi soyuqdəymədən qat-qat təhlükəlidir.

Mif: “Omikron” adi soyuqdəyməyə bənzərdir.

“Omikron” adi soyuqdəyməyə oxşamır, çünki soyuqdəymə ilə müqayisədə yoluxmuş insan daha böyük ehtimalla xəstəxanaya yerləşdiriləcək. “Omikron”a yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsi faktı çoxdur, ölüm halları da mövcuddur. Bundan başqa, “omikron”a yoluxmuş və sağalmış insanların "uzun sürən COVID-19" vəziyyətlərinin inkişaf riski altında olacağı gözlənilir.

Fakt: COVID-19-a yoluxmuş və artıq sağalan insanlar təkrar “omikron”a yoluxa bilər.

Mif: Koronavirusa əvvəlki yoluxma “omikron”a qarşı immuniteti təmin edir.

COVID-19-a yoluxub sağalmısınızsa, siz yenə də peyvənd olunmalısınız, çünki “omikron”a təkrar yoluxma hələ də ciddi xəstəlik riski, virusun digər insanlara ötürülməsi və ya "uzun sürən COVID-19" ilə bağlıdır. Sizin COVID-19 xəstəliyini keçirib-keçirməməyinizdən asılı olmayaraq, tam vaksinasiya – virus səbəbi ilə ağır xəstəlikdən, xəstəxanaya yerləşdirilməkdən və mümkün ölümdən özünü və başqalarını müdafiə etməyin ən yaxşı yoludur.

Fakt: Buster peyvəndləri “omikron” və COVID-19 digər variantların səbəb olduğu ağır xəstəliklərdən müdafiənin artırılması üçün səmərəlidir.

Mif: “Busterlər” “omikron”a yoluxmanın səbəb olduğu ağır xəstəliklərə qarşı təsirsizdir.

Qripə qarşı peyvənd də daxil olmaqla, bir çox digər peyvəndlər kimi, COVID-19-a qarşı peyvəndlərinin effektivliyi zaman keçdikcə azalır, ona görə də sizə təkrar peyvənd təklif olunarsa, onu edin. Təkrar vaksinasiya “omikron” və COVID-19-un digər variantlarının səbəb olduğu ağır xəstəliklərə qarşı müdafiəni artıracaq.

Bu məsləhət 60 yaşdan yuxarı və yanaşı xəstəlikləri olan insanlar daxil olan risk qrupları üçün xüsusilə vacibdir. Tibb işçiləri, həmçinin virusa yüksək yoluxma riski və onların qayğı göstərdikləri həssas xəstələr arasında yayılma riski səbəbindən təkrar peyvənd olunmalıdırlar.

Fakt: Maskalar – yoluxma hallarını və “omikron”un yayılmasını azaltmağa kömək edən effektiv müdafiə tədbiridir.

Mif: Üz üçün maskalar “omikron”a qarşı faydasızdır.

Təcrübə göstərir ki, “delta” variantına qarşı işləyən bütün profilaktik tədbirlər, maska taxmaq da daxil olmaqla, “omikron”a qarşı da təsirlidir. Peyvənddən başqa bütün profilaktik tədbirlər - maska taxmaq, əlləri yumaq, fiziki məsafəni saxlamaq, qapalı, məhdud və ya izdihamlı yerlərdən qaçınmaq, bükülmüş dirsəyə və ya dəsmala öskürmək və ya asqırmaq, insanların olduğu yerlərdə yaxşı havalandırma - infeksiya dalğasının qarşısını almaq və tibb işçilərini qorumaq üçün zəruridir.

Fakt: Pandemiyanın sonu hələ ki, görünmür.

Mif: “Omikron” koronavirusun əvvəlki versiyalarından daha az təhlükəli olduğundan, pandemiyanın sonuna yaxınlaşırıq.

Etiraf etmək lazımdır ki, pandemiyanın sona çatmasına qədər hələ uzun yol qət etməliyik. ÜST-nin Avropa regionunda əvvəlkindən daha az xəstəxanaya yerləşdirmə və ölüm halları olsa belə, biz hələ də COVID-19-a yoluxma hallarında böyük artımla üzləşirik.

“Omikron”un üstünlük təşkil etdiyi və ya üstünlük təşkil edəcəyi ölkələrdə hər iki-üç gündən bir COVID-19-a yoluxma hallarının iki dəfə artdığı müşahidə olunur, nəticədə xəstəxanaya yerləşdirmə halları sürətlə artır, buna görə də biz ayıq olmalıyıq. Pandemiyanın bitməsi üçün əsas hədəf qrupları üzrə daha yüksək peyvənd nisbətləri tələb olunur.

Bundan başqa, cəmiyyətdə qorxulara zəmin yaradan “feyklər” və dezinformasiya mənfi rol oynayır. Onlar elmə, institutlara və səhiyyə sistemlərinə inamı sarsıdır və pandemiyaya adekvat reaksiyanın qarşısını alır. Hər dəfə dezinformasiya elmlə ziddiyyət təşkil edəndə, insanın sağlamlığının qorunması üçün düzgün qərarlar qəbul etməsi çətinləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb