Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM imtahan verəcək şəxslərə müraciət edib

DİM imtahan verəcək şəxslərə müraciət edib

Bakı, 25 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir.

DİM-dən AZƏRTAC bildirilib ki, bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir. Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahana mobil telefon və digər rabitə vasitələri gətirməyə cəhd göstərilməsidir. Bu bütün imtahan qaydalarında iştirakçıların yol verməsi qadağan olunan hərəkətlər bəndində “imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək” məzmununda öz əksini tapıb. Bu qaydalardan çıxarışlar imtahan iştirakçısının “Yaddaş kitabçasında” və “İmtahana buraxılış vərəqəsi”ndə də göstərilir.

Lakin son zamanlar təəccüblü də olsa, sosial şəbəkələrdə, eləcə də müxtəlif media vasitələrində qayda pozuntularına yol verən imtahan iştirakçılarının hərəkətlərinə sanki bəraət qazandırılması, onların qeyri-qanuni davranışlarının təbliğ olunması yönündə kampaniya aparılmasını müşahidə edirik. Aprelin 16-da keçirilən buraxılış imtahanında imtahan zalında (binanın girişində deyil) bir nəfərin üzərində mobil telefon aşkarlanması halına reaksiyaları izlədikcə buna bir daha əmin oluruq. Halbuki əksinə olmalı və ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələri şəxsi tanışlıq və münasibətləri kənara qoyub öz maarifləndirmə funksiyasını yerinə yetirməli idi.

Məlumdur ki, bütün imtahanlarda buraxılış rejimi zamanı imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq məqsədilə yoxlama aparılır (Yeri gəlmişkən bir müddət əvvəl media və sosial şəbəkələrdə yoxlama prosesinin əleyhinə təbliğat aparılırdı. Paradoksal olsa da, indi həmin insanlar girişdə üst-başın niyə dəqiq yoxlanılmadığı sualını səsləndirirlər). Bundan öncə sənədlərin yoxlanılması zamanı da şifahi olaraq iştirakçıdan üzərində mobil telefon və ya digər elektron cihazların olub-olmaması soruşulur. Ümumiyyətlə, hamı yoxlama prosesi haqqında əvvəlcədən məlumatlı olur və bunun nəyə görə həyata keçirilməsini çox yaxşı bilir. Belə olan halda sizin təsadüfən cibinizdə mobil telefon olması və bundan xəbərsiz olmanızı iddia etmək nə dərəcədə inandırıcıdır?! Yolboyu siz əlinizi cibinizə salmırsınızmı və ya müəyyən bir çəkiyə və həcmə malik olan telefonu hiss etmirsinizmi? Ən azı üzərinizin yoxlanıldığı kabinetə daxil olanda bir ciblərimə baxım fikri yadınıza düşmürmü? Bu tip suallar saysız-hesabsızdır və hər hansı izahedici cavab verməyə çalışmaq sizi məsuliyyətli olmaq və qaydalara riayət etmək öhdəliyindən azad etmir.

Sual oluna bilər ki, yoxlama prosesində bunu aşkar etmək niyə mümkün olmayıb? Təəssüflə bildiririk ki, bəzən imtahan iştirakçıları qadağan olunmuş vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yalnız səthi toxunmaqla yoxlama aparıldığı üçün onları müəyyən etmək heç də həmişə mümkün olmur. Bəzən də iştirakçılar hansı binada imtahan verdiyini əvvəlcədən bildiyi üçün bir neçə gün əvvəl ora gəlib mobil telefonu binanın içində gizlədirlər.

Lakin imtahan müddətində kimsə telefondan istifadəyə cəhd etdikdə təbii ki, nəzarətçilər bunu aşkar edirlər və həmin şəxslər imtahandan xaric olunurlar (hər imtahanda maarifləndirmə məqsədilə bununla bağlı xüsusi məlumatlar veririk). Bəzən isə imtahan başlamadan öncə təlimat zamanı iştirakçı hiss edir ki, nəzarətçi daha ayıq-sayıqdır və telefondan istifadə etmək mümkün olmayacaq. Həmçinin onda psixoloji olaraq üzərindəki qadağan olunmuş vasitədən qurtulmaq refleksi yaranır. Belə olan hallarda iştirakçı özü təşəbbüs göstərir və telefonu təhvil verir. DİM (TQDK) 30 ildən artıq bir müddətdir ki, kütləvi imtahanlar keçirir və bu tip hadisələr birinci dəfə baş vermir. Yaxşı, bəs nəzarətçi köçürməyə şərait yaratsa (təəssüf ki, az da olsa, belə hallara da rast gəlirik) və ya onun diqqətindən yayınıb mobil telefondan istifadə etməklə rəqiblərinizə qarşı süni üstünlük əldə etsəniz, ədalətli olarmı? Təsəvvür edin, hamıya şərait yaradılır və iştirakçılar telefonu təhvil verib-verməməklə bağlı özləri vəziyyətə uyğun qərar verirlər (halbuki girişdə bu onlara təklif edilir və özü təhvil verənlər imtahandan kənarlaşdırılmırlar). Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini əvvəlcədən proqnoz etmək çətin olmamalıdır. Bu zaman biz hamı üçün bərabər imtahan mühiti yarada bilərikmi?

İctimaiyyət, o cümlədən indiki halda media nümayəndələri də imtahanla bağlı vacib bir nüansı diqqətdən qaçırırlar. İmtahanın məqsədi nədir? Onun nəticələri hansı hüquqi qüvvəyə malikdir?

Dövlət İmtahan Mərkəzinin keçirdiyi əksər imtahanlar müsabiqə xarakteri daşıyır və bizdən insanları öz bilik səviyyələrinə uyğun seçmək tələb olunur. Yəni siz bu imtahanların nəticəsinə əsasən kollecə və ya ali təhsil müəssisəsinə və s. qəbul olunursunuz. Dolayısı ilə siz bir-birinizin rəqibisiniz. Bu zaman bizim üzərimizə düşən nədir? Bəli, yuxarıda qeyd olunduğu kimi, şəffaf imtahan mühiti yaratmaq və sırf biliyə əsaslanan ədalətli seçimi təmin etmək, bilik qiymətləndirilir prinsipini rəhbər tutmaqla rəqabət mühitini qoruyub saxlamaq. Ancaq insanlar bilməyərəkdən, müəyyən hallarda isə bilərəkdən buna etiraz edirlər. Sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində baş verən neqativ hallarla bağlı kiməsə güzəşt edilməli olduğu əmin şəkildə tələb edilir. Düzdür imtahan qaydalarının hamıya eyni dərəcədə şamil olunduğunu yazanlar da var, amma çoxluq “mən hansısa süjetə baxdım inandım” prinsipi ilə güzəşt istəyirlər. Halbuki bu halda baş verən hadisəyə göz yumulması başqa birinin haqqını tapdalayır, başqa birinin hüquqlarını pozur kimi sadə həqiqətin dərk olunması lazımdır.

Yeri gəlmişkən, qeyd olunan məsələ ilə bağlı imtahan iştirakçısının valideynləri DİM-də olublar və qaydalar onlara da izah olunub. Lakin görünür onlar bu vəziyyətdə valideyn kimi övladları ilə bağlı üzərlərinə düşən öhdəliyi lazımi şəkildə qiymətləndirməyi bacarmayıblar və hətta bu hadisəni daha da dramatikləşdirən film çəkilməsini sifariş ediblər. İnsanlar isə hadisənin mahiyyətinə varmadan bunu tirajlayırlar. Burada bizim cəmiyyətə xas olan yaxşı insan olmaq xüsusiyyəti də rol oynamamış deyil. Ancaq fransız yazıçısı Viktor Hüqonun “Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır” fikrini də xatırlatmaq yerinə düşər.

Bəli, çətin də olsa, ədalətli olmalıyıq!

Təşkil edilən imtahanların məqsədi iştirakçıların bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsidir. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, iştirakçıların tam təhlükəsiz və bərabər şəraitdə imtahan verməsi təmin olunacaqdır.

DİM gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi şagirdin təhsil sənədinə yazılır. Lakin qaydalara əsasən bu imtahandan neçə bal toplamağınızdan asılı olmayaraq şagirdin 10-cu sinifdə təhsil almaq hüququ məhdudlaşdırılmır. Müvafiq qayda pozuntusu halında imtahan iştirakçısının yalnız 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq imkanı itirilmiş olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır