Efiopiya hökuməti ölkəyə yatırılan sərmayələrin rekord dərəcədə artmasına nail olub
Əddis-Əbəbə, 19 noyabr, AZƏRTAC
Efiopiyanın Baş naziri Abiy Əhmədin apardığı institusional və iqtisadi islahatlar nəticəsində son altı ayda ölkəyə yatırılan birbaşa sərmayələrin həcmində rekord dərəcədə artım qeydə alınıb.
AZƏRTAC Efiopiyanın sərmayə komissiyasının məlumatına istinadla xəbər verir ki, iri beynəlxalq sərmayə şirkətlərdən başqa Efiopiya iqtisadiyyatına Fransa və Almaniya hökumətləri və bankları da maliyyə yatırır. Efiopiyanın sərmayə komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mıkonnın Haylü mətbuata açıqlamasında bildirib ki, 2018-ci ilin fevralından Baş nazir vəzifəsində çalışan Abiy Əhmədin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində Efiopiyaya sərmayə qoyuluşu üçün əlverişli şərait yaradılıb. Onun sözlərinə görə, hökumət tərəfindən dövlət müəssisələrinin tam və qismən özəlləşdirilməsi barədə qəbul edilən qərardan sonra “Volkswagen”, “Mobile Telephone Network”, “Vodacom” və digər iri korporasiyalar son altı ayda ölkəyə fəal sərmayə yatırmağa başlayıblar.
Bundan əlavə, Baş nazirin Şimali Amerikada, Avropada və Körfəz ölkələrində yaşayan Efiopiya diasporuna müraciətindən sonra efiopiyalılar da vətənlərinə fəal sərmayə qoymağa başlayıblar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]