Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb
Bakı, 8 avqust, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, Elşən Cəfərov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 10-dan çox mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1 000 manatdan çox olan su qurğularını oğurlayıb.
E.Cəfərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]