Güləşçimiz Turan Bayramov qitə birinciliyini ikinci pillədə başa vurub
Bakı, 20 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü Turan Bayramov (70 kq) səkkizdəbir finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. T.Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən güləşçimiz ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə sərbəst güləşçimiz rusiyalı rəqibinə məğlub olub və qitə birinciliyinin gümüş medalı ilə kifayətlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:23]
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
- 28.10.2026 [19:00]
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
- 28.10.2026 [16:50]