İDMAN


Güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

Bakı, 21 oktyabr, AZƏRTAC

Salyan rayon 2 nömrəli tam orta məktəbin atıcılıq tirində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə ölkə kuboku yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Ruslan Lunyov birinci olub. Rəhim Rəhimov ikinci, İlkin Əhmədli üçüncü yeri tutublar.

Qadınların mübarizəsində Zərifə Qasımova, Nəzrin Abbaslı və Əminə Ümərova fərqləniblər.

Mükafatçılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.