İQTİSADİYYAT


Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 may tarixli Fərmanı ilə yeni tərkibi təsdiqlənmiş Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.

ARDNF-dən AZƏRTAC-a bildirilib ki, iclasda hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, HSŞ Komissiyasının 2019-cu il üzrə fəaliyyət planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Görüşdə üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2018-ci il üzrə HSŞ hesabatın hazırlanması üzrə İşçi Qrupunun yaradılması qərara alınıb və HSŞ hesabatını hazırlayacaq Müstəqil Auditorun seçimini tənzimləyən Şərtlər Toplusu və hesabat formaları müzakirə edilərək təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.