İrakli Qaribaşvili: Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Mixeil Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək. Bunu mən tam məsuliyyətimlə bəyan edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində söyləyib. Onun sözlərinə görə, sabiq prezident Mixeil Saakaşvili məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzanı çəkməlidir.
Hökumət başçısı deyib: “Əgər Saakaşvili yenidən Ukraynaya qayıtmaq istəyirsə, biz buna etiraz etmirik. Lakin o, cəzasını tam çəkdikdən sonra istənilən ölkəyə gedə bilər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]