İDMAN


Kişi həndbolçulardan ibarət “Bakı” klubu Avropa kuboku turnirinə hazırlığı davam etdirir

Bakı, 29 sentyabr, AZƏRTAC

Kişi həndbolçulardan ibarət komandaların avrokubok mövsümünə start verilib.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitə miqyaslı yarışda ölkəmizin idman şərəfini kişi həndbolçulardan ibarət “Bakı” klubu qoruyacaq.

Fiziki bacarıqların lazımi səviyyəyə çatdırılması məqsədilə həndbolçularımız sentyabrın ikinci ongünlüyündən artıq məşqə çıxıblar. Hazırlıq prosesi həftədə 5 dəfə olmaqla, baş məşqçi Eldar Fərəcov və köməkçi məşqçi Elnur Cahangirovun rəhbərliyi ilə “AHF Arena” idman kompleksində həyata keçirilir.

Xatırladaq ki, “Bakı” komandasının Avropa kuboku turnirindəki oyunlarının vaxtı da müəyyənləşib. Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə qarşılaşacaq.

İlk oyun oktyabrın 29-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək.

Bosniya və Herseqovinada təşkil olunacaq görüşlər yerli vaxtla saat 18:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.