MƏDƏNİYYƏT


Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

İstanbul, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri zamanı bu şəhərin Topqapı sarayını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət əsnasında Anar Kərimov muzeyin direktoru İlham Kocamanla görüşüb. Sarayda Nizami Gəncəvinin XV əsrə aid “Xəmsə” poemasının miniatürlərinin qapalı nümayişi baş tutub.

Səfər kino sahəsi üzrə iş adamları ilə görüşlə davam etdirilib.

Tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətimizin Türkiyəyə səfəri başa çatıb.

Xatırladaq ki, proqram TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.