Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada MDB-nin əsas mükafatları təqdim olunub

Moskva, 21 dekabr, AZƏRTAC

Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) və MDB Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis olunan “Birlik ulduzları” və “Debütlər birliyi” mükafatları təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mükafatların təqdimetmə mərasimi Moskvada keçirilib. Tədbir hibrid formatda baş tutub. Koronavirus məhdudiyyətləri səbəbindən bir çox laureat Moskvaya gedə bilməyib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, DHƏF İdarə Heyətinin sədri Polad Bülbüloğlu laureatları təbrik edərək, bu mükafatın MDB məkanında görkəmli insanları birləşdirdiyini qeyd edib.

“DHƏF mükafatının laureatları görkəmli bəstəkarlar, rəssamlar, həyatlarını yaradıcılığa və məkanımızın birləşməsinə həsr etmiş insanlardır. Özünütəcriddə olan hər hansı bir mədəniyyət məhv ola bilər. Mədəniyyət inkişaf etmək üçün digər mədəniyyətlərlə qarşılıqlı əlaqədə olmalı, ünsiyyət qurmalı, təmas etməlidir. Bu baxımdan fondumuz bu irsi qoruyub saxlayaraq böyük işlər görür. Mən bir daha “Debütlər birliyi” laureatlarını təbrik edirəm. Elmlə, yaradıcılıqla, yaradıcı fəaliyyətlə məşğul olan gənclərin bir-birini tanıması çox vacibdir”, - deyə P.Bülbüloğlu bildirib.

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, DHƏF-nin həmsədri Mixail Şvıdkoy qeyd edib ki, bu gün DHƏF çərçivəsində ünsiyyət daha vacibdir. “Biz çətin bir dövrdə, necə deyərlər, bu gün turbulentlik vəziyyətində yaşayırıq. Bura toplaşanlar bilir ki, mədəniyyət sahəsində münasibətlər daimidir, siyasi birləşmələrdən asılı deyil. Bu, bizim üçün hər şeydən vacibdir", - deyə M.Şvıdkoy vurğulayıb.

DHƏF-nin icraçı direktoru Anatoli İksanov qeyd edib ki, bu gün biz ən yaxşıların ən yaxşılarını mükafatlandırırıq. “Hər ölkədən humanitar elmlər, mədəniyyət və incəsənət sahəsində liderlər təmsil olunub. Mənim üçün laureatlardan biri - Elçin Əzizov haqqında ayrıca danışmaq, xüsusilə xoşdur. Mən artıq 8 ildir ki, Böyük Teatrda işləmirəm, lakin Elçin Əzizov hələ o vaxt möhtəşəm səsi, heyrətamiz xarakteri ilə fərqlənirdi. Teatrda ona pərəstiş edirlər, sevirlər”, - deyən Anatoli İksanov MDB-nin əsas mükafatının Elçin Əzizova təqdim edilməsinə şad olduğunu bildirib.

Sonra mükafatların təqdimetmə mərasimi olub.

Qeyd edək ki, “Birlik ulduzları” dünya nailiyyətlərinin səviyyəsinə uyğun olan və MDB ölkələrinin hər birinin və bütövlükdə Müstəqil Dövlətlər Birliyinin inkişafına töhfə verən humanitar sahədə əldə edilən ən yüksək nailiyyətlərə görə qurumun əsas mükafatıdır. Hər il verilən mükafatın dəyəri 2 milyon rubl təşkil edir.

Bu il yüksək mükafata 9 ölkədən 13 namizəd irəli sürülüb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan mükafatı qəbul edən Elçin Əzizov deyib: “Bu mükafatı alan bütün həmkarlarımı təbrik edirəm, DHƏF rəhbərliyinə ürəkdən təşəkkürümü bildirirəm. Polad Bülbüloğludan mükafat almaq mənim üçün artıq ənənəyə çevrilib. Böyük Teatrın səhnəsində mənə Azərbaycanın Xalq artisti medalını təqdim edən də məhz o idi. Doğma teatrımın səhnəsində yüksək mükafat almaq çox həyəcanlı idi”.

Bu il “Birlik ulduzları” mükafatının laureatları arasında şair, ədəbiyyatşünas, Qazaxıstanın Xalq yazıçısı Oljas Suleymenov, Qırğız Respublikasının Milli Elmlər Akademiyasının prezidenti, texnika elmləri doktoru, Əməkdar elm xadimi Murat Cumatayev, Moldova Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi İon Tiqinyanu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiyanın diplomatik xidmətinin Əməkdar işçisi Anatoli Torkunov da vardır.

“Debütlər birliyi” mükafatı hər il təsisçilər tərəfindən müəyyən edilən humanitar sahədə gənc mütəxəssislərə (35 yaşa qədər) təqdim edilir. Bu illər ərzində mükafat şairlərə, həkimlərə, müəllimlərə, alimlərə, abidələrin mühafizəsi üzrə mütəxəssislərə, kitab və mütaliə təbliğatçılarına verilib. Bu il mükafat MDB-də böyük Qələbənin 75-ci ildönümü ili kimi elan edilmiş 2020-ci ilin nəticələrinə görə verilib.

Azərbaycandan mükafatı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov alıb. O, çıxışında qeyd edib ki, biz ortaq tariximizi, faşizmə qarşı vuruşan qəhrəmanlarımızı unutmamalıyıq. “Bu mövzu ona görə daha aktualdır ki, MDB məkanında, o cümlədən bizim regionda faşist ideologiyasının nümayəndələrini şöhrətləndirmək cəhdləri müşahidə olunur ki, bu da dövrümüzdə yolverilməzdir”, - deyə politoloq vurğulayıb. O, DHƏF-nin rəhbərliyinə, Azərbaycan hökumətinə və Təhsil Nazirliyinə təşəkkür edib.

MDB ölkələrinin Gənclər Simfonik Orkestri laureatlar üçün xüsusi olaraq bayram konsert proqramı hazırlayıb. Orkestrin yaradılması DHƏF-nin möhtəşəm layihələrindən biridir. Kollektiv ilk dəfə 2007-ci ildə yığılıb. Bura ənənəvi olaraq MDB ölkələrindən olan gənc musiqiçilər, nüfuzlu musiqi müsabiqələrinin qalibləri daxildir. Bu il kollektiv Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri əsasında fəaliyyət göstərir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdıra bilməz

ABŞ ordusu PUA-lara qarşı lazer sistemi üzrə ilk müqaviləni imzalayıb

İspaniyanın Seuta anklavında miqrasiya böhranına etiraz olaraq minlərlə insan küçələrə çıxıb

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirilib

G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər

ABŞ-də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

İsrail Qəzzadan fələstinlilərin əksəriyyətinin köçürülməsinə hazır olduğunu açıqlayıb

Baş nazir: Macarıstan Ukraynanın Aİ-yə tələsik qəbulunu dəstəkləməyəcək

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ olub

Norveç məhkəməsi Rusiya gəmisini Şpitsbergendə həbs edib

ABŞ Prezidenti: Hörmüz boğazı yaxınlığında İranın yeni silahları məhv edilib

“Chevron”, ENI və GE Venesuela ilə milyardlarla dollarlıq sazişlər imzalayıb

“Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə və İstanbul yaxınlığında dronların zərərsizləşdirildiyini açıqlayıb

ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib

Tramp: ABŞ uyğun vaxtda İrana yenidən zərbə endirməyə hazırdır

Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

BMT-nin Baş katibinin sentyabrın sonunda ABŞ Prezidenti ilə görüşü gözlənilir

Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək

Təmir işləri ilə əlaqədar Moskva prospektinin bir hissəsi bağlanacaq

Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

Argentina Folklend adaları ilə bağlı Böyük Britaniyaya yenidən xəbərdarlıq edib

İmişlidə avtomobil yanıb

Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş “Ölümcül Miras” sənədli filminin təqdimatı olub

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ Dövlət katibi: Ukraynaya “Patriot”un lisenziyalarının verilməsi dərhal həll yolu deyil

Rubio: İran nüvə silahı ambisiyalarından əl çəkənə qədər ABŞ ona təzyiq göstərməyə davam edəcək

Elvin Cəfərquliyev əməliyyat olunub

Altı yüzdən yüksək bal toplayaraq ADPU-nu seçən 2 bacı

Bu saata olan əsas xəbərlər

Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin dayanıqlılığına mühüm sərmayədir

Tibb işçilərinə dövlət qayğısı gücləndirilir - yeni mexanizm nəyi dəyişir?

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı panel müzakirələrlə davam edib – YENİLƏNİB 3 VİDEO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı panel müzakirələrlə davam edib – YENİLƏNİB 3 VİDEO

Ekspert: ŞƏT+ formatında Orta Dəhlizin dayanıqlılığını təmin etmək üçün siyasi dəstək formalaşdırmaq mümkündür RƏY

Niderland Mərkəzi Bankı qızıl ehtiyatlarını ABŞ və Kanadadan İngiltərəyə köçürüb

Deputat: Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində islahatların yeni mərhələsidir VİDEO

Deputat: Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində islahatların yeni mərhələsidir VİDEO

Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə - Panel sessiya

“Uber” 3300 nəfəri işdən çıxaracaq

Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub

Ekspert: Atılan addımlar səhiyyənin inkişafına mühüm töhfə verəcək VİDEO

Ekspert: Atılan addımlar səhiyyənin inkişafına mühüm töhfə verəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ŞƏT daxilindəki uğuru Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyasının nəticəsidir VİDEO

Badri Naçkebiya: Azərbaycanın ŞƏT daxilindəki uğuru Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyasının nəticəsidir VİDEO

Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Regionlardakı gənclərin potensiallarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması mühüm şərtdir – MÜSAHİBƏ

Azərbaycan və Türkmənistan arasında viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

İspaniyanın “Santander” bankının nümayəndələri ilə müzakirələr aparılıb

Goranboy RİH: Təxliyə olunan sakinlərin yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək

Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilən film beynəlxalq mina probleminə həsr olunub

® “Expressbank”da 2 yeni təyinat olub

Milli Paralimpiya Komitəsi paraatletika üzrə “Açıq qapı” günü keçirəcək

“Chevron” Venesuelaya 7 milyard dollar investisiya yatıracaq

Kuklaçı rəssam Vəfa Aşumova: “Natəvan, Şuşa üzərində şəfəq” kuklasını 4 mindən çox tamaşaçı görüb

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb

Komitə sədri: Tibb işçilərinin maddi rifahının artırılması tibbi xidmətin keyfiyyətini yüksəldəcək

Azərbaycan futzal millisinin kapitanı: Yığmamızda yerli mütəxəssisin çalışması daha yaxşı olar

İsrailin süni intellekt üzrə mütəxəssisləri UNEC-də müəllimlər üçün peşəkar inkişaf proqramına başlayıblar

Sabah Abdulla Rəhimov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Faiq Ələkbərli: “Qızıl alma” ideyası türk düşüncəsində ədalət və sülh anlayışı ilə bağlıdır

® ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!

® PAŞA Holding “Holberton School Azerbaijan” məktəbinə dəstəyini davam etdirir

Nazir müavini: İslahatlar sosial müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib

Qızılın qiyməti üç həftənin minimumuna enib

Münəvvər Hüseyn: Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına uğurla sədrlik edəcək

Azər Məmmədov: Ərzaq təhlükəsizliyi və yerli istehsalın qorunması birbaşa heyvan sağlamlığından asılıdır

Sarayevoda Əlyazmalar İnstitutu ilə Tarsus Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Rusiya baş konsulluğu Türkiyə aviaşirkətlərinin reyslərinin ləğvi ilə bağlı vəziyyəti nəzarətdə saxlayır

® Məktəb öncəsi göz müayinəsi niyə vacibdir? - Mərkəzi Gömrük Hospitalının oftalmoloqundan 7 tövsiyə

Mir Azər Abdullayev: Beynəlxalq sənət platformaları yeni yaradıcılıq axtarışları üçün mühüm imkanlar yaradır

Fon der Lyayen: Ukrayna “Patriot” sistemlərini almaq üçün Aİ-dən maliyyə dəstəyi istəyib

Kimya İnstitutu Çin–ŞƏT Elm, Texnologiya və İnnovasiya Əməkdaşlığı Mərkəzinin təcrübəsindən yararlanacaq

Bakıda “SportAccord” sammitinin hazırlığı müzakirə olunub

“Neftçi” Kenan Piriç ilə yollarını ayırıb

Engin Özer: Azərbaycan Avrasiyanın yeni geosiyasi düzənində oyunqurucu ölkəyə çevrilir

Hərracda 28 avtomobil satılıb

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacaq ərazisi uzadılıb

Təhsilin rəqəmsallaşdırılması fonunda şagirdləri hansı yeniliklər gözləyir?

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və filiallarında 360-dək benefisiar bacarıqlarını inkişaf etdirir

AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları genişlənir – RƏY

Uelsin göz bəbəyi Tenbidə bir neçə gün – REPORTAJ

Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Paytaxtda 5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edir

Azərbaycanda mina təhlükəsi ilə mübarizədə birgə səylərin əhəmiyyəti vurğulanıb - Panel sessiya

Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

Sevgi və taleyin sınaqları: Xavər Vəkilova Səməd Vurğunla ailə həyatı haqqında

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yeni inkişaf mərhələsinə yüksəlir - ŞƏRH

Türk ekspert: Şuşanın yenidən dirçəlişi əsrlik həsrətin vüsal tapmasıdır

Nazir müavini: Humanitar minatəmizləməyə dəstək xeyriyyəçilik kimi görünməməlidir

“Toğanalı” stansiyasında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün infosessiyalara başlayıb VİDEO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün infosessiyalara başlayıb VİDEO

“Azərkosmos”un qlobal kosmik ekosistemdə rolu Rumıniyada beynəlxalq simpoziumda təqdim olunub

Almaniyada elektrik infrastrukturuna qarşı törədilən təxribatlarla əlaqədar araşdırmalar aparılır

Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb

Metroda sərnişin sayı 27 faiz civarında azalıb, hazırda 20 stansiyada könüllülər fəaliyyət göstərir -  REPORTAJ  VİDEO

Metroda sərnişin sayı 27 faiz civarında azalıb, hazırda 20 stansiyada könüllülər fəaliyyət göstərir - REPORTAJ VİDEO

UNEC ilə Qırğız Dövlət Universiteti arasında əməkdaşlıq aktual və innovativ istiqamətləri əhatə edir

Azərbaycanda duru bitki yağları istehsalı 35 faizdən çox artıb

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa edildi