Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub

Bakı, 21 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı (PUA) vurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən PUA-sı oktyabrın 21-də saat 12.00 radələrində Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.