İQTİSADİYYAT


Nazir: Bərpaolunan enerji sahəsində İsveçrə şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var

Bakı, 21 oktyabr, AZƏRTAC

Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının baş direktoru Vincent Subilianın rəhbərlik etdiyi Qərbi İsveçrənin işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Energetika Nazirliyində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq əlaqələri və perspektivlər müzakirə edilib. Görüşdə Qərbi İsveçrə regionunun neftlə yanaşı, bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynadığı və şirkətlərin ölkəmizin enerji sektorunda əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan SOCAR-ın timsalında İsveçrə ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, İsveçrənin “Axpo” şirkəti “Şahdəniz-2” üzrə qazın alıcısı olmaqla yanaşı, TAP konsorsiumunda da təmsil olunur. Bərpaolunan enerji üzrə isə bu ölkənin digər bir şirkəti “Pure Energy Development SARL” ilə əməkdaşlıq edilir.

P.Şahbazov ölkədə energetika sektorunda hazırda həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Bərpaolunan enerji layihələrinə xarici investorların cəlbi üçün əlverişli mexanizmlərin hazırlandığını vurğulayan nazir deyib ki, bu sahədə İsveçrə şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var.

Görüşdə İsveçrə nümayəndə heyətinin Azərbaycanın enerji infrastrukturunun mövcud vəziyyəti, səmərəlilik göstəriciləri və elektrik enerjisi bazarının yaradılması ilə bağlı sualları ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.