MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində “Silahdaşlar” sənədli filminin təqdimatı olub

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 17-də Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım tədbirində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları tərəfindən lentə alınan “Silahdaşlar” sənədli filminin təqdimatı da olub.

Tədbiri açan filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas ekran əsərinin ərsəyə gəlməsindən bəhs edib. Rejissor 30 il keçməsinə baxmayaraq, həmin hadisələrin sanki dünən baş verdiyini bildirib.

Qeyd edib ki, bu filmdə onlar Qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərmək istəyiblər. Bildirib ki, filmdə 20 Yanvar faciəsindən əvvəl və sonra baş verən hadisələr əksini tapıb.

Ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.