Norveçin Neft Fondu 2018-ci ildə qiymətdə təqribən 50 milyard avro itirib
Stokholm, 28 fevral, AZƏRTAC
Norveçin neft sənayesindən əldə olunan gəlirlərin köçürüldüyü Dövlət Pensiya (Neft) Fondu 2018-ci ildə qiymətdə 485 milyard kron (təqribən 50 milyard avro, 57 milyard dollar) itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin Mərkəzi Bankı bildirib.
Fondun sərmayələrinə nəzarət edən Mərkəzi Bank 6,1 faiz azalmanın əsas səbəbini fond birjalarında dəyişkənlikdə görür. Bununla belə, fond bazarlarında dəyərin itirilməsi Norveç Fondunun mövcudluğu dövründə ikinci dəfə ən pis illik nəticə olub.
“2018-ci ildə göstəricilərin zəif olmasına baxmayaraq, uzunmüddətli mədaxil etalon indeksinin mədaxilinə nisbətən daha yaxşı və yüksək olub”, - deyə Norveç Mərkəzi Bankının rəhbəri Oysteyn Olsen bildirib.
Xatırladaq ki, Norveçin Dövlət Pensiya Fondu da ümumi dəyərdə itkiyə məruz qalıb, 2017-ci ildəki 8,48 trilyon krondan ötən ilin sonunda 8,25 trilyon kronadək azalma müşahidə edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]