İDMAN


On iki yaşlı hindistanlı şahmatçı dünyanın ikinci ən gənc qrossmeysteri adını qazanıb

Bakı, 16 yanvar, AZƏRTAC 

Hindistanda keçirilən ənənəvi “Delhi Open” yarışında tarixi nəticə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən hindistanlı gənc Tamil Nadus D Qukeş yarışın sonuna bir tur qalmış qrossmeyster adını qazanıb. O bu nəticəni 12 yaş 7 ay 17 günlüyündə göstərib. Qukeş bu göstərici ilə dünya şahmat tarixində ikinci ən gənc qrossmeysterdir. Dünyanın ən gənc qrossmeyster adını isə hələ də rusiyalı Sergey Karyakin daşıyır. Karyakin 12 yaş 7 aylığında qrossmeyster adını qazanıb. Üçüncü yerdə isə ötən ilin sonunda 12 yaş 10 ayında qrossmeyster adını qazanmış özbək Cavohir Sindarov qərarlaşıb.

Qeyd edək ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen qrossmeyster adına 13 yaş 4 ay 27 günlüyündə sahib olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.