İDMAN


“Paris Sen-Jermen” klubu dövlətə 10 il müddətində 1,9 milyard avro gəlir gətirib

Paris, 12 iyun, AZƏRTAC

“Paris Sen-Jermen” (PSJ) klubu dövlətə 10 il müddətində 1,9 milyard avro gəlir gətirib.

AZƏRTAC xəbər verir ki, bu, klubun sifarişi ilə İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) apardığı tədqiqatların nəticəsində müəyyən edilib. Bildirilib ki, Qatar İdman Sərmayələri (QSİ) şirkətinin gəlişindən sonra PSJ 2011-ci ildən ölkənin sosial və vergi sahələrinə 1,9 milyard avro köçürüb. Bu rəqəm futbolçuların, klubun ödədiyi vergiləri və onların sosial təşkilatların büdcələrinə köçürdüyü maddi yardımı əhatə edir.

Qeyd edilib ki, PSJ 2019-2020-ci illərdə dövlətə 269,3 milyon avro gəlir gətirib. Bu məbləğin 182,2 milyon avrosu İl-dö-Frans (İle-de-France) regionunda yerli matçların keçirilməsi və infrastrukturun yaradılmasına sərmayə yatırımları ilə reallaşdırılıb. PSJ əməkdaşlıq etdiyi 800 şirkətdə yatırdığı sərmayələr vasitəsilə 2 min 150 daimi iş yeri yaradıb. “10 il ərzində PSJ dünya idman françayzlarından biri, xüsusilə də ən dinamiki olub”,-deyə PSJ-nin prezidenti Nasser Al-Khelafi bildirib.

PSJ 2019-2020-ci illərdə ən çox gəlir gətirən 7-ci futbol klubu (540,6 milyon avro) olub. Ancaq COVID-19 pandemiyasına görə tamaşaçısız matçlar keçirməsinə görə ötən ili 100 milyon avro kəsirlə başa vurub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.