Prezident İlham Əliyev: Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımız mina partlaması səbəbindən həlak olub və ya yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]