SİYASƏT


Prezident İlham Əliyev: Biz azad olunmuş ərazilərdə genişmiqyaslı işləri təkbaşına edirik və edəcəyik

Bakı, 27 iyun, AZƏRTAC

Kəlbəcər və Laçın rayonlarında yollar çəkilir, 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Həm Zəngəzurda, həm də Qarabağda yol təsərrüfatı sahəsində genişmiqyaslı işlər görüldüyünü qeyd edən dövlətimizin başçısı bildirib ki, elektrik enerjisi və yol əsasdır, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.

“Bu gün mənə, eyni zamanda, digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.