Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

- İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək.

Eyni zamanda, son illər ərzində apardığımız uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.

İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaqdır.

Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu. Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq.

Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır.

Onu da bildirməliyəm ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Yəni, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300 manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik.

Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir.

Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir.

Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır.

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi. Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın ailə yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik.

Tələbələrin təqaüdləri artırıldı. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu da çox ciddi sosial addımdır. Gələcəkdə yenə də artım nəzərdə tutulur.

Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.

Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir.

Bir məsələni də qeyd etmək istəyirəm. Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

Yəni, bütün bunlar - bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir.

X X X

Sonra müşavirədə müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib  YENİLƏNİB 2 VİDEO

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycanın beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH

Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

Ramin Məmmədov: Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb

Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

“PAŞA Holdinq” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır

Qazaxıstanda keçirilən alimlərin beynəlxalq forumunda Azərbaycan da iştirak edir

Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

Cudi Çikaqo “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: “Qadınlar dünyanı idarə etsəydi, necə olardı?”- MÜSAHİBƏ

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi

Azərbaycan mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir - ŞƏRH

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib

Bakı, Sumqayıt və Abşeronda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib

Qlobal istiləşmə İsveçrə Alplarında dağçılıq klublarını təhdid edir

® “Azərbaycan Hava Yolları” və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Azərbaycan qlobal sülhün təminatçısı kimi: mədəniyyətlərarası dialoqdan beynəlxalq həmrəyliyə

Rusiya Azərbaycanın antiinhisar pozuntuları ilə bağlı təklifini dəstəkləyib

Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir

RİNN və “Wonderful” şirkəti dövlət sektorunda süni intellektin tətbiqini genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar MƏQALƏ

“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Taleh Kazımov: Kartdan-karta köçürmələrə tətbiq olunan limitin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Fərid Osmanov: Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir

Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb