Prezident: Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək
Bakı, 3 may, AZƏRTAC
Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib: “Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [12:38]
Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək
- 20.08.2026 [12:05]
“Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf VİDEO
- 20.08.2026 [09:59]
Konfrans Liqası: “Qarabağ” bu gün səfərdə Niderland klubu ilə qarşılaşacaq
- 20.08.2026 [01:00]
Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub - YENİLƏNİB 5
- 19.08.2026 [22:12]