SİYASƏT


Prezidentin köməkçisi: Bu gün hər hansı məhdudiyyətə getməyə ehtiyac yoxdur

Bakı, 20 avqust, AZƏRTAC

Bu gün hər hansı bir əlavə sərtləşdirməyə, məhdudiyyətlərə getməyə ehtiyac yoxdur. Bu, ilk növbədə, bu gün səhiyyə sistemimizin kifayət qədər xəstəni qəbul və müalicə etməsi iqtidarında olması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Təbii ki, bu gün təzyiq hiss olunur. Həkimlərimiz də yorulur. Onlar 2 ilə yaxındır ki, məzuniyyətə də çıxmayıblar. Əlbəttə ki, bu, onlar üçün də ağırdır. Lakin biz görsək ki, xəstəxanalarda yerləşmə əmsalı çox yüksəkdir, o zaman Operativ Qərargah da növbəti addımlarda məhdudiyyətlərin tətbiqini müzakirə edə bilər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.