Qadın basketbolçulardan ibarət Rusiya millisi “EYOF 2019”da uğurlu çıxışını davam etdirir
Bakı, 23 iyul, AZƏRTAC
Rusiyalı qadın basketbolçular XV Avropa Gənclər Yay Olimpiya Festivalında uğurlu çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, “A” qrupunda yer alan şimal qonşularımız İtaliya yığması ilə qarşılaşıblar.
Rəqibini 61:52 hesabı ilə məğlub edən Rusiya millisi, 4 xalla qrupda Fransa ilə 1-2-ci yerləri bölüşür.
Növbəti turda - iyulun 24-də Rusiya millisi Fransa ilə, İtaliya seçməsi isə Belçika ilə qarşılaşacaq.