MƏDƏNİYYƏT
“Qızıl toy” komediyası nümayiş ediləcək
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan “Qızıl toy” musiqili komediyası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, rejissor Yusif Əkbərovun quruluş verdiyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Gülnarə İbadova, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayevadır.
Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır.
Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.
Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]