CƏMİYYƏT


RAGB-nin Vladimir regional şöbəsi “Donor günü” təşkil edib

Moskva, 21 may, AZƏRTAC

Vladimir Dövlət Universiteti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Vladimir regional şöbəsi və vilayət qanköçürmə stansiyası ilə birgə tələbələr, əməkdaşlar və müəllimlər üçün “Donor günü” təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu il tədbir Milli Donor Günü çərçivəsində “Qanın milləti yoxdur!” devizi altında keçirilib.

Milli Donor Günü hər il aprelin 20-də qeyd olunur. Məhz 1832-ci ilin bu günü Rusiyada ilk dəfə olaraq insandan insana uğurlu qan köçürülməsi həyata keçirilib. Bu hadisə Rusiya donor hərəkatının inkişafında başlıca məqamlardan biri olub. Bu gün Rusiyada donor hərəkatı fəal inkişaf edir və donorların sayı daim artır. Aksiya iştirakçılarının sayı 20 nəfər olub, onların çoxu qan verməyə ilk dəfə gəlib.

Vladimir qanköçürmə stansiyasının həkimləri qeyd edirlər ki, hər bir şüurlu donor əhəmiyyətlidir, çünki məhz onun qanı kiminsə həyatını xilas edə bilər.

“Sənin hansı dildə danışmağın və sosial statusun mühüm deyil. Köməyə hər kəs gəlməlidir”, - deyə tədbirin təşkilatçılarından biri olan Mikayıl Əhmədov bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.