Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi qeyd edilib

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, inkişafında və milli hərbçi kadrların hazırlanmasında xüsusi xidmətləri olan, “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilmiş, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin ictimai-siyasi həyatında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edir. Tofiq Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, ölkəmizin hərb tarixində mühüm xidmətləri olub. Ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi, Tofiq Ağahüseynov bu sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun ordusunun yaradılmasında xüsusi xidmətlər göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə yanvarın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib.

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial problemlərinin həllinə çalışır. Böyük Vətən müharibəsinin iştirakçısı Tofiq Ağahüseynovun 95 illik yubileyinin qeyd olunması bu diqqət və qayğının bariz nümunəsidir.

C.Xəlilov general-polkovnik Tofiq Ağahüseynovun keçdiyi həyat yolundan, xidmət illərindən, hazırda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətindən danışıb. Məlumat verilib ki, T.Ağahüseynov 1941-ci ildə Bakı Zenit Artilleriya Məktəbinə daxil olmaqla, həyatını 18 yaşından hərblə bağlayıb. Müharibə başlandıqdan sonra leytenant rütbəsi alan T.Ağahüseynov cəbhəyə yola düşüb. Birinci Belarus cəbhəsində taqım komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi kimi Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. T.Ağahüseynov 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub. Yüksək təhsilli mütəxəssis kimi Vətənə qayıdan gənc hərbçi dörd il Bakıda, Hövsandakı Hava Hücumundan Müdafiə polkuna komandirlik edib. Sonrakı xidmət yolu diviziya komandiri kimi Volqoqradda keçən Tofiq Ağahüseynov 1968-ci ildə general-mayor rütbəsi alıb və növbəti il Rostovda korpus komandiri təyin edilib. SSRİ kimi bir dövlətdə qeyri-rus millətindən olan bir şəxsin cəmi dörd il sonra general-leytenant rütbəsi alması onun hərb sənətini necə yüksək səviyyədə mənimsəməsinin nəticəsi olub. Tofiq Ağahüseynov 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. Beş il sonra o, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsini alan ilk azərbaycanlı olur. Həmin vaxt ona Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilmişdi. 1982-ci ildə isə general-polkovnik Tofiq Ağahüseynov Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunub.

Tədbirdə vurğulanıb ki, Tofiq Ağahüseynovun yüksək hərbi rütbələrə layiq görülməsində o zaman Azərbaycan SSR-in birinci katibi olan Heydər Əliyevin hərbi sahədə həyata keçirdiyi düşünülmüş siyasətin böyük rolu olub. Bu sahədə hazırkı generallarımızın mütləq əksəriyyətini yetirmiş C.Naxçıvanski adına Hərbi Liseyin adını qeyd etmək kifayətdir. General özü də onun formalaşmasında Heydər Əliyevin aparıcı rolu olduğunu dəfələrlə vurğulayıb. Ulu Öndər onun hərbi sahədəki bacarığını və xidmətlərini həmişə yüksək qiymətləndirib. Prezidentin 1997-ci il 17 aprel tarixli Sərəncamı ilə Tofiq Ağahüseynovu özünün hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin etməsi və general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa etməsi məhz bunun nəticəsi idi.

Yüksək peşəkarlığı və nüfuzu nəzərə alınaraq T.Ağahüseynov üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb.

Bildirilib ki, T.Ağahüseynov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin 2008-ci il 1 fevral və 2013-cü il 17 yanvar tarixli sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilib.

Diqqətə çatdırılıb ki, general-polkovnik Tofiq Ağahüseynov respublikamızda veteran hərəkətinin inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinə böyük töhfələr verib. Bu xidmətlərinə görə ölkə veteranları 2017-ci il sentyabrın 12-də onu Respublika Veteranlar Təşkilatının sədri seçiblər.

Tədbirdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycan Silahlı Qüvvələrinin inkişafındakı və ordu quruculuğundakı xidmətlərindən danışıb. Qeyd edilib ki, Tofiq Ağahüseynov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordumuzun formalaşmasında fəal iştirak edib. O, ümummilli lider Heydər Əliyevin köməkçisi və silahdaşı olub. Müasir dövrdə ordumuzun gücü və potensialı gündən-gündən artır. Ölkəmizdə ordu quruculuğu işinin təməli məhz 90-cı illərin əvvəllərində qoyulub. Hazırda Respublika Veteranlar Təşkilatına rəhbərlik edən Tofiq Ağahüseynovun gənc nəslin düzgün istiqamətləndirilməsində rolu əvəzsizdir. Bu gün də Tofiq Ağahüseynov nümunəvi şərəfli yol və həyat təcrübəsini gənclərlə bölüşür və tövsiyələrini verir. Gənclərimiz veteranların həyat və təcrübəsindən daim faydalanmalıdırlar.

Kərim Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından yubilyarı təbrik edib və ona cansağlığı arzulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, veteranlar və digərləri çıxış edərək yubilyarı təbrik edib, ona fəaliyyətində uğurlar diləyiblər. Onlar Tofiq Ağahüseynovun keçdiyi şərəfli həyat yolundan, peşəkar hərbçi kimi xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs ediblər.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyevin, daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, gənclər və idman naziri Azad Rəhimovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, Rusiya müdafiə nazirinin müavini Yuri Borisovun, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşeliyi adından və başqa təşkilatlardan yubilyara ünvanlanmış, eləcə də müxtəlif ölkələrdən daxil olan təbrik məktubları oxunub, hədiyyələr təqdim edilib.

Sonda yubilyar çıxış edərək deyib: “Mən orduda 46 il xidmət etmişəm və mənim general kimi formalaşmağımda ümummilli lider Heydər Əliyev aparıcı rol oynayıb. Ulu Öndər həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi. Mən bunun üçün ona son dərəcə minnətdaram”.

T.Ağahüseynov tədbir iştirakçılarına və yubiley təbriklərinə görə dövlət orqanlarının rəhbərlərinə minnətdarlığını ifadə edib. O, Prezident İlham Əliyevin təşkilata, ümumən ölkə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, veteranların bundan sonra da göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib. General-polkovnik gənclərin hərbi vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyəsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib

İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərksilah ediləcəyini açıqlayıb

Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Rumıniyada COVID-19-dan ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb

Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Böyük Britaniya Səudiyyə Ərəbistanına husilərə qarşı mübarizədə yardım göstərə bilər

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır

Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar

“Sabah”ın UEFA Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışa çıxarılıb

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Bağdad İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına ev sahibliyi edəcək

Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam

Bu saata olan əsas xəbərlər

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir