“Sahibkarlığın əsasları” mövzusunda təlimlər başa çatıb
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın əsasları” mövzusunda təlimlər başa çatıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 5 gün davam edən təlimlərdə Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin müəllimləri iştirak ediblər. UNEC-in dosentləri müəllimlərə sahibkarlıq mühiti, kiçik və orta sahibkarlıq fəaliyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq fəaliyyətində risklər, vergiqoyma və bu istiqamətdə digər mövzularda təlimlər keçiblər.
UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev kiçik və orta sahibkarlıqla bağlı keçirilən təlimlərin əhəmiyyətindən danışıb, bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. A.Rzayev təlim müddətində müəllimlərin əldə etdikləri biliklərin onlar üçün faydalı olacağına əminliyini bildirib.
Sonda təlimləri uğurla bitirən kollec müəllimlərinə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, təlimlər “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi ilə birgə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [22:01]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]