Şəhid Emin Bağırov adına küçədə ağacəkmə aksiyası keçirilib
Bakı, 14 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 14-də şəhid Emin Bağırov adına küçədə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Məşədi Dadaş Məscidinin dini icması və “Mesenat” Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil olunub.
Aksiya paytaxtın Binəqədi qəsəbəsində yerləşən şəhid Emin Bağırov küçəsinin ətrafındakı boş ərazilərdə təşkil olunub. Aksiyada məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli, yerli bələdiyyə sədri və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Şahin Həsənlinin sözlərinə görə, Məşədi Dadaş məscidinin dini icması mütəmadi olaraq bu səpkidə ictimai aksiyalar təşkil edir. Belə təşəbbüslərin əsas hədəfi gənclər arasında ətraf mühitin qorunması məsuliyyətini aşılamaq və ictimai faydalı fəaliyyətə rəğbət yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [17:19]
Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
- 02.06.2026 [16:45]
Sosial Xidmət mərkəzlərində tədbirlər təşkil edilib
- 02.06.2026 [16:26]
Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib
- 02.06.2026 [15:41]