MƏDƏNİYYƏT


“Şollerin arxivi” bədii filmi beynəlxalq festivalın kubokunu qazanıb

Bakı, 21 iyun, AZƏRTAC

“Şollerin arxivi” bədii filmi Kanada Beynəlxalq Film Festivalının kubokunu qazanıb.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Bildirib ki, triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq Artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb.

Cəlaləddin Qasımov bildirib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb: “Almanları sürgün edəndə azərbaycanlı ailəsinə bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı ölkədə cəza gözləyirdi. Məsələn, o, sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı gizlincə böyüdüblər. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.

Film bir neçə beynəlxalq festivala da təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.