REGİONLAR


Sumqayıt şəhəri, Abşeron, Siyəzən və Xızı rayon təhsil işçiləri ilə görüş

Xırdalan, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 21-də Abşeron rayonunun inzibati mərkəzində - Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhəri, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Hesabat tədbirində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində görülən işləri diqqətə çatdıran nazir müavini, həmçinin qarşıda duran hədəfləri sadalayıb.

Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra edilən layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyələr verib, onlara uğurlar arzulayıb.

Daha sonra Sumqayıt şəhəri, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.