SİYASƏT


Tacikistanın portalında Azərbaycanın diplomatiya tarixi ilə bağlı material verilib

Düşənbə, 10 iyul, АZƏRTAC 

Tacikistanın avesta.tj portalında Azərbaycanın diplomatiya tarixi ilə bağlı rus dilində material verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Qafqaz Albaniyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlular, Səfəvi dövlətlərinin diplomatiyasının Azərbaycan diplomatiya tarixinin şanlı səhifəsini təşkil etdiyi bildirilir.

Yazıda vurğulanır ki, Ağqoyunlu hökmdarı Uzun Həsən Şərqlə Qərb arasında körpü rolunu oynayıb. O dövrdə bütün Şərqdə yeganə diplomat qadın olan Sara Xatunun bu istiqamətdə əvəzsiz xidmətləri olub.

Materialda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) diplomatiya siyasəti haqqında da söhbət açılır, bildirilir ki, yeni yaranan dövlətin dünya birliyi tərəfindən tanınması üçün diplomatlardan ibarət Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransına gedir və Azərbaycan dövləti dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınıb. Beləliklə Azərbaycan Qərbin etimadını qazanan müsəlman dövləti olur.

Materialda müstəqillik illərində böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi, qısa müddətdə bütün sahələrdə aparılan islahatlar haqqında ətraflı məlumat verilir.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə apardığı islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər, ölkənin neft strategiyası haqqında məlumat verilir, bildirilir ki, ölkəmiz hazırda 130 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir.

Məqalədə Azərbaycan-Tacikistan əlaqələri, Tacikistan Prezidenti Emamali Rahmonun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə görüşləri, imzalanan sənədlər haqqında da söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.