İQTİSADİYYAT


Tehranda Azərbaycanla İran arasında tranzit sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib

Tehran, 26 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılması haqqında iki ölkə arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn işlərin icrası müzakirə edilib. Tərəflər bu layihə çərçivəsində tikiləcək körpülərin texniki işlərinin yekunlaşdırılması və inşaat işlərinə tezliklə başlanmasının önəmini qeyd ediblər. Bununla yanaşı Rəşt-Astara dəmir yolu xəttinin və Astaraçayı üzərində dəmiryolu yük terminalının tikintisinin davamı haqqında da fikir mübadiləsi aparılıb, həyata keçirilən bütün bu müştərək layihələrin iki qonşu və dost dövlət arasındakı iqtisadi-ticari əməkdaşlığın və xalqlararası münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.