Türkiyə sülhməramlılarının Əfqanıstandan təxliyəsi davam edir
Ankara, 27 avqust, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiya həyata keçirən hərbçilərinin təxliyəsi davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 27-də hərbçiləri daşıyan ikinci təyyarə Ankaranın Esenboğa Beynəlxalq Hava Limanına enib. Bildirilir ki, Türkiyə sülhməramlıları hərbi təyyarə ilə əvvəlcə Kabildən İslamabada gəliblər. Pakistanın paytaxtından Ankaraya isə onları Türk Hava Yollarının təyyarəsi gətirib.
Xatırladaq ki, Türkiyə sülhməramlıların Əfqanıstandan təxliyəsinə avqustun 26-dan başlayıb. Onlar Kabil Hava Limanında təhlükəsizliyi təmin edirdilər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]