ELM VƏ TƏHSİL


UNEC-in professoru Polok Dövlət Universitetində mühazirə deyib

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elnur Sadıqov Polok Dövlət Universitetində bu ali məktəbin maliyyə-iqtisad fakültəsinin magistrlərinə beynəlxalq maliyyə bazarları və bank əməliyyatları fənləri üzrə mühazirə oxuyub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədris qrupunda səkkiz ölkədən iyirmi magistr iştirak edib. Onlar mühazirələrin səviyyəsindən razı olduqlarını bildiriblər.

Polok Dövlət Universitetinin rəhbərliyi UNEC-dən dəvət olunmuş professorun müəyyən edilmiş tələblərə uyğunluğunu xüsusi qeyd edib. Onların fikrincə, UNEC nəinki tələbə və magistrləri ilə dünya tədris sisteminə inteqrasiya olunur, eyni zamanda, aparıcı professorları ilə də bu istiqamətdə səmərəli fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.