REGİONLAR


Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlərlə görüş keçirilib

Bərdə, 5 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü rayonun Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlərlə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüş zamanı YAP rayon təşkilatının baş təlimatçısı Cavid İbişov, partiya fəalları Səfurə Hümbətova, Ələddin Alıyev, Xosrov Musayev və başqaları çıxış edərək ölkəmizdə təhsil sahəsindəki inkişafdan, müəllimlik peşəsinin müqəddəsliyindən, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəslin yetişdirilməsində müəllimlərin fədakar əməyindən söz açıblar.

Şəhid ailələrin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edərək minnətdarlıqlarını bildiriblər.

Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən olan müəllimlərə hədiyyələr verilib və birlikdə xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.