Vladivostok 2036-cı ildə Olimpiadaya ev sahibliyi uğrunda mübarizə apara bilər
Bakı, 5 sentyabr, AZƏRTAC
Primoryenin başçısı Oleq Kojemyako Vladivostokun 2036-cı il Olimpiya Oyunlarını keçirmə hüququ uğrunda mübarizə apara biləcəyini istisna etmir. O, bu barədə Şərq İqtisadi Forumunda TASS-a müsahibəsində bildirib.
“2036-cı ildə Vladivostokda Olimpiya Oyunlarını keçirmə hüququ uğrunda mübarizə aparmaq yaxşı fikirdir. Buna kifayət qədər vaxt da var. Beş ildən sonra bununla məşğul olmaq lazımdır”, - deyə Kojemko Primorye paytaxtının 2036-cı ildə Olimpiadaya ev sahibliyi uğrunda mübarizəyə qoşulacağı barədə sualı cavablandırarkən bildirib.
AZƏRTAC-ın TASS agentliyinə istinadla verdiyi xəbərə görə, Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bundan əvvəl bildirmişdi ki, əgər şəhər 2032-ci ildə Olimpiadaya ev sahibliyi uğrunda müsabiqədə iştirak etmək istəyirsə, o zaman Vladivostoku 2025-ci ilin müraciət dövrünədək bütün zəruri idman infrastrukturu ilə təmin etmək lazımdır. Lakin onun sözlərinə görə daha real müddət 2036-cı ildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]