SİYASƏT


XİN: Azərbaycan Sulavesi adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziyaya humanitar yardım edib

Bakı, 8 noyabr, AZƏRTAC

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlə İndoneziya tərəfinə təqdim edilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, yardımı qəbul edən məsul qurum Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Agentliyi dövlətimiz tərəfindən göstərilmiş humanitar dəstəyə görə Azərbaycan xalqına və rəhbərliyinə İndoneziya Respublikası adından minnətdarlığını bildirib.

Qeyd etmək istərdik ki, Azərbaycan bu ölkəyə sayca ikinci dəfə humanitar yardım göstərib və İndoneziya xalqı ilə daim həmrəy olduğunu bir daha ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.