XİN: Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Kiyevdən Lvova köçürülüblər
Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynadakı səfirliyinin diplomatlarının Kiyevdən Lvova köçürülməsi barədə məlumat yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Lvov şəhərinə köçüblər.
Müvəqqəti olaraq Lvovda fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:
+380 73 5050000;
+380 99 408 99 43.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [18:19]
Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir VİDEO
- 02.07.2026 [16:45]
Nazario Paqano: Azərbaycan-İtaliya iqtisadi əlaqələri dinamik inkişaf edir
- 02.07.2026 [15:47]
Humanitar minatəmizləmə sülh prosesinin ayrılmaz hissəsidir RƏY
- 02.07.2026 [15:35]
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Qazaxda yeniyetmə çayda batıb
- [19:03]
Kiyevdə matəm günü elan olunub
- [16:22]