REGİONLAR


Yayın ilk günü Gədəbəyə qar və dolu yağıb VİDEO

Gədəbəy, 21 iyun, AZƏRTAC

Yayın ilk günü qərb bölgəsinə qar və dolu yağıb.

AZƏRTAC xəbər verir ki, Gədəbəy rayonuna bir neçə dəqiqə ərzində yağan qar ətrafı ağ örpəyə bürüyüb. Daha sonra yağış və dolu yağmağa başlayıb. Yayın ilk günündə yaşanan qeyri-adi təbiət hadisəsi rayon mərkəzi və kəndlərində müşahidə edilib.

Təbiət hadisəsi kənd təsərrüfatına ziyan vurub.

Qeyd edək ki, bu gün saat 17 radələrindən qərb bölgəsində güclü küləklə müşahidə edilən yağıntılı hava şəraiti hökm sürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.