Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya onlayn iclas keçirib

Bakı, 13 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 26 noyabr 2021-ci il tarixli, 26 nömrəli Protokoluna əsasən təsdiq edilmiş Tədbirlər Planının 1-ci bəndinə müvafiq olaraq Yerli komissiyaların potensialının artırılması istiqamətində təkliflərin müzakirəsi ilə bağlı geniş tərkibdə onlayn iclas keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Əli Əhmədov giriş nitqi ilə çıxış edərək Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin müasir dünyanın aktual problemləri içərisində əhəmiyyətli yer tutduğunu qeyd edib: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda uşaq hüquqlarının qorunmasını nəzərdə tutan geniş konsepsiya hazırlanmışdır. Bu gün də cənab Prezident İlham Əliyev həmin konsepsiyanın ardıcıl surətdə həyata keçirilməsini öz siyasətinin əsas məqsədlərindən biri hesab edir”.

Azərbaycan dövlətinin uşaqların hüquqlarının qorunması məsələsi ilə əlaqədar səlahiyyətli qurumlar içərisində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, o cümlədən yerli komissiyaların mühüm vəzifə daşıdığını qeyd edən Ə.Əhmədov Komissiyanın ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsindəki vacib rolunu qeyd edib.

Müasir dünyada ümumən insan hüquqlarının, o cümlədən onun tərkib hissəsi olan uşaq hüquqlarının qorunması ilə əlaqədar keyfiyyət dəyişikliklərinin baş verdiyini bildirən Komissiya sədri qeyd edib ki, bu gün valideynlər daha aydın şəkildə qəbul edirlər ki, uşaqlara olan qayğı onların daha sağlam böyüməsi, təhsil alması, yaxşı qidalanması, onlara qarşı hər hansı bir zorakılığın tətbiq edilməməsi, uşaq əməyinin istismar edilməməsi kimi parametrləri özündə ehtiva edir.

Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların müdafiəsinin həyata keçirilməsi, uşaq hüquqlarının təmin olunması üzrə mühüm müzakirələrin aparılması, fəaliyyət istiqamətləri ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından geniş tərkibdə keçirilən görüşün əhəmiyyətini vurğulayıb.

Sosial-iqtisadi inkişafın nəticəsi olaraq ailədaxili münasibətlərdə bir sıra müasir dəyişikliklərin və transformasiyaların yarandığını və bunun da qarşıya müəyyən çətinliklərin çıxardığını qeyd edən Komitə sədri bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bu sahədə yaranan problemlərin uşaqlara təsiri bu prosesi daha da intensivləşdirir və cəmiyyətin ənənəvi yanaşmalarını əks məqamları da meydana çıxarır. Nəticədə, uşaqlar nəzarətsiz qalır, onların təhlükəli informasiyalara çıxışları asanlaşır, vətənpərvər ruhda, milli-mənəvi dəyərlərinə sadiq, müasirliyə açıq bir şəxsiyyətin yetişdirilməsi məsələsi sual altında qalır.

B. Muradova qeyd edib ki, gündəlik işimizdə rastlaşdığımız uşaq baxımsızlığı nəticəsində bəzi hallarda özünəqəsd, erkən nikah hadisələri baş verir, cinsi zorakılıq, uşaq oğurluğu və digər problemlər yaranır: “Bu isə əlaqələndirilmiş bir fəaliyyət tələb edir. Azərbaycanda yeridilən siyasət də buna uyğundur. Hazırkı vəziyyətdə uşaq hüquqlarını təmin və müdafiə edən 6 mərkəzi icra hakimiyyəti qurumu, 2 publik hüquqi şəxs və bütün rayon və şəhərlərin qəyyumluq və himayə orqanları bu məsələ ilə məşğuldur. Odur ki, adıçəkilən bu qurumlardan kifayət qədər həssaslıq, çeviklik və tədbirli olmaq tələb olunur”.

O, qanunların müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqətin artırılması və keyfiyyətli nəticə ortaya qoymaq üçün uyğun maddi texniki bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”na diqqət çəkən komitə sədri bildirib ki, bu sənəd qurumlar üzərinə müəyyən öhdəliklər qoydu. Ən ciddi məsələlərdən biri kimi beynəlxalq hesabatlarda vurğulanan yerli institusional mexanizmlərin effektivliyinin artırılması məsələsini vurğulayan B. Muradova bu istiqamətdə forma və məzmun dəyişikliyinə ehtiyac olduğunu qeyd edib.

Azərbaycanda gedən inkişaf dinamikası və geniş islahatlara uyğun olaraq çevik reaksiya vermək imkanlarının əldə edilməsinin əhəmiyyət kəsb etdiyini bildirən Komitə sədri deyib ki, həm qanunvericilikdə nəzərdə tutulan öhdəliklər, həm də yerli komissiyaların əsasnamələri ətraflı şəkildə yerinə yetirilsə bir çox problemlərin qarşısı da vaxtında alına bilər. O bildirib ki, regionlarda uşaq hüquqları üzrə mütəxəssislərin azlığı, komissiyaların uşaq hüquqları ilə bağlı məsələlərə baxılmasına cavabdeh olması ilə bağlı kifayət qədər məlumata malik olmaması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar və onların ailələri ilə profilaktik işin qanunvericiliyin tələblərinə uyğun qurulmaması bir sıra çətinliklərin yaranmasına gətirib çıxarır.

Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq uşaq müəssisələrinin monitorinqinin həyata keçirildiyini diqqətə çatdıran B. Muradova son vaxtlar keçirilmiş monitorinqlərin nöqsanları və problemləri ortaya çıxardığını qeyd edib və əlavə edib ki, qarşıdakı dövrdə bu məsələlər əlaqəli şəkildə öz həllini tapmalıdır. Eyni zamanda komissiyaların imkanlarının artırılması istiqamətində bütövlükdə ölkə miqyasında vəziyyətin öyrənilərək təhlilin aparılması və nəticələrinə uyğun tədbirlərin planlaşdırılması, həmçinin birgə işin sistemli qurulması gələcəkdə ciddi nailiyyətlərin əldə edilməsinə səbəb ola bilər.

O, çıxışının sonunda mövcud vəziyyətdə inkişaf imkanlarını tapmaq, səyləri əlaqələndirmək, mövqeləri birləşdirmək, müsbət təcrübədən çıxış edərək yaxşı nəticələrə nail olmaq və gələcəyimizin təminatı olan uşaqların rahat, sərbəst, azad və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək əsas məqsədimiz olduğunu vurğulayıb.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Çətin həyat şəraitində olan uşaqların hüquqlarının müdafiəsi sahəsində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların rolu” mövzusunda təqdimatla çıxış edərək yerlərdə uşaqların müdafiəsi ilə bağlı yanaşmalardan, yerli komissiyaların ilkin müdafiə tədbirlərindən, uşaq hüquqlarının müdafiəsi sahəsindəki problemlərdən danışıb, həmçinin onların həlli istiqamətində Dövlət Komitəsinin təkliflərini səsləndirib.

Sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə tədbirlərin icrasının mütəmadi davam etdirildiyini, həmin şəxslərin tərbiyəsi, saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində yerli komissiyalar, polis inspektorları və digər qurumlardan nümayəndələr cəlb edilməklə fərdi profilaktik işlər təşkil olunduğunu bildirib.

A.Kərimov qeyd edib ki, qeyri-dövlət uşaq sığınacaqlarında saxlanılan uşaqların qeydiyyatı zamanı bir çox hallarda onların sənədlərinin natamam olması onların müvafiq sosial ödənişlərin və digər dəstək tədbirlərinin edilməsinə, müxtəlif sosial təminat hüquqlarının həyata keçirilməsinə ciddi mane olur. O bildirib ki, bu kimi halların aradan qaldırılması üçün nazirlik tərəfindən səyyar xidmətlər göstərilir.

Daxili işlər nazirinin müavini Oruc Zalov yetkinlik yaşına çatmayanların sağlamlığına və mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb olunması hüquqlarının və mənafelərinin pozulması hallarının cəmiyyətin və dövlətin narahatlığını doğuran aktual problemlərdən olduğunu bildirib. O, belə bir geniş müşavirənin keçirilməsini dövlət qurumları ilə komissiya üzvləri arasında işin keyfiyyətinin artırılması, yeni, effektiv fəaliyyət mexanizmlərinin qurulması baxımından yüksək qiymətləndirib.

Nazir müavini, azyaşlılarla bağlı baş vermiş hər hansı xoşagəlməz hadisənin vaxtında qarşısının alınması və onların normal həyata qaytarılması üçün komissiya üzvü olan dövlət qurumları ilə yanaşı, cəmiyyətin hər bir üzvünün bu vacib işə cəlb edilməsinin mühümlüyünü vurğulayıb.

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərin müasir dövrdə necə formalaşmasının ölkənin gələcək inkişafını müəyyən etdiyini qeyd edərək, Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən və olduqca aktual bir məsələyə həsr olunan iclasın bu mənada böyük əhəmiyyət daşıdığını vurğulayıb. Müvafiq Komissiyaların fəaliyyətini nəzərdən keçirərkən nazir müavini, onların gələcək işinin təkmilləşdirilməsi, sosial risk qrupuna daxil olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən hər iki Komissiya arasında daha dəqiq iş bölgüsünün aparılması, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılması məqsədilə alternativ mərkəzlərin yaradılması ilə bağlı təkliflər səsləndirib.

Səhiyyə nazirinin müavini İlqar Qasımov atılmış, imtina olunmuş uşaqların sənədlərinin qaydasına salınması, Komissiyanın fəaliyyətinin genişləndirilməsi və uşaqların onlara əlçatanlığının təmin edilməsi, həmçinin Komissiyaların yanında qayğı mərkəzlərinin yaradılması məsələləri ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək, bildirib ki, Bakı şəhər icra hakimiyyəti rayon icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı şəkildə fəaliyyət göstərir. E.İmanov komissiyaların üzvlərinin təlimatlandırılması ilə bağlı seminarların keçirilməsi, onlar arasında məlumat mübadiləsi məqsədilə davamlı şəkildə görüşlərin təşkil edilməsi, komissiyalarla kütləvi informasiya vasitələri arasında işin daha səmərəli qurulması və digər təklifləri diqqətə çatdırıb.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva çıxış edərək, RİİB-in uşaq hüquqlarının təşviqi və təmin olunması, eləcə də əlliliyi olan şəxslərin hüquqlarının və inklüziv dəyərlərin təbliği, o cümlədən uşaqların inklüziv təhsil imkanlarının genişləndirilməsi, eyni zamanda, erkən uşaqlıq dövründə inkişaf istiqamətində həyata keçirdiyi bir sıra layihələr barədə bəhs edib.

O, ailənin rifahına və cəmiyyətin inkişafına maneə olan mənfi halların aradan qaldırılması istiqamətində ardıcıl yanaşmanın tətbiqinin vacibliyini vurğulayaraq, bir-biri ilə qarşılıqlı əlaqəli olan bir sıra müdaxilələri, o cümlədən normativ çərçivələrin təkmilləşdirilməsi, bilik bazasının və cəmiyyətin bu məsələyə həssaslığının artırılması, eyni zamanda bütün aidiyyəti tərəflərin fəal iştirakını tələb etdiyini qeyd edib.

İclas Bakı şəhər Sabunçu rayonu, Xocalı, Qazax, Gədəbəy, Biləsuvar, rayonlarının Komissiya sədrlərinin mövzu ətrafında çıxışları və təklifləri ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Slovakiya Milli Şurasının sədri: Slovakiya Azərbaycanın Avropada etibarlı tərəfdaşıdır

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Rixard Raşi: Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur

Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib

Qərbi Azərbaycanın tarixi abidələrinin təbliği məqsədilə layihə-müsabiqə elan olunub

Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib

İtaliyalı velosipedçi: Bu qələbə komandam üçün başlanğıc mərhələsidir

Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş beynəlxalq tələbə simpoziumu olub

Ali Məclisin növbəti plenar iclasında 2 məsələ müzakirəyə çıxarılıb

Dünya çempionu: Nəzarətdən keçməyən idman qidaları sağlamlıq üçün ciddi risk yarada bilər

Nəqliyyat-logistika infrastrukturunun inkişafı KOB-ların qlobal ticarət zəncirinə inteqrasiyasını daha da sürətləndirir

Sahibə Qafarova: Slovakiya parlamenti ilə imzalanan memorandum əməkdaşlığı genişləndirəcək

Gürcüstanın xarici ticarət dövriyyəsi 1,7 faiz artıb

Qurbanlıq heyvanların satışı və kəsimi ilə bağlı ünvanların siyahısı açıqlanıb

“Qalatasaray”ın futbolçusu İstanbulda hücuma məruz qalıb

Milli Məclisin sədri: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb

DSMF-nin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

Ötən ay qlobal neft tədarükü gündəlik 95,1 milyon barelə enib

“EFES - 2026” təlimində Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü olub

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

UFAZ-ın 10 illiyinə həsr olunmuş marafon yarışı

Hüquqşünas : Fransa Ermənistan üzərindən bölgədə nüfuz qazanmağa çalışır

“Bavariya” Noyerlə yeni müqavilə barədə razılıq əldə edib

Mayın 17-də 23 mindən çox bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək

Daha 64 nəfər Vəkillər Kollegiyasına üzv qəbul olunub

Media nümayəndələri WUF13 üzrə görülən işlərlə tanış olublar YENİLƏNİB

Fransa təhlükəsizlik qüvvələrinin Kanakiyə repressiv müdaxiləsindən 2 il ötür

Slovakiya nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Beynəlxalq Enerji Agentliyi: Qlobal neft tələbatı bu il sutkada 104 milyon barelə enəcək

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının IV mərhələsinin qalibi müəyyənləşib

Regionların gələcəyi sadəcə kənd təsərrüfatında deyil, “ağıllı kənd təsərrüfatı”ndadır – ŞƏRH

Peter Macyar ucuz avtomobil işlədəcək və dövlət iqamətgahına köçməyəcək

WUF13 Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə etirafıdır ŞƏRH

“Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” monoqrafiyası nəşr olunub

Çin qlobal süni intellekt təhsil xidməti platformasını istifadəyə verir

BMT nümayəndəsi: Bakı son illərdə beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib

Azərbaycan-Rumıniya münasibətləri: Parlament nümayəndə heyəti Buxarestdə

Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub

WUF13-də 180 ölkədən 32 mindən çox nümayəndənin iştirakı gözlənilir

Azərbaycan təmsilçisi “Avroviziya 2026”da ikinci yarımfinal mərhələsində səhnəyə çıxacaq

“Xocalıdan dünyaya” şüarı ilə Ballıcadan dünyaya uzanan ixrac marşrutu FOTO

Makronun Qarabağ ritorikası: beynəlxalq hüquq, yoxsa siyasi manipulyasiya?

Çin XİN: Donald Trampın Pekinə dövlət səfərini alqışlayırıq

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir VİDEO

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir VİDEO

KOBİA-nın sədri: Gömrük prosedurlarının optimallaşdırılması biznes mühitinin inkişafına xidmət edir VİDEO

KOBİA-nın sədri: Gömrük prosedurlarının optimallaşdırılması biznes mühitinin inkişafına xidmət edir VİDEO

Naxçıvanda kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb - Açıqlama

Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri aparılıb

Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Kommersiya qurumlarının dövlət qeydiyyatındakı yeniliklər təqdim edilib

TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib

Sabaha olan hava proqnozu açıqlanıb

Baş prokuror Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

Allahşükür Paşazadə: Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

WUF13 çərçivəsində “Şəhərin səsi” proqramı

Şahin Diniyev: Kubokun finalında oyunun taleyini ilk qol müəyyənləşdirə bilər

Daşkənddə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb

Şəkidə oftalmoloqların XVI regional konfransı keçiriləcək

Bu saata olan əsas xəbərlər

Xocalının kəndlərində həyat öz axarına qayıdır VİDEO

Xocalının kəndlərində həyat öz axarına qayıdır VİDEO

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

Fransa Hörmüz boğazının blokadadan çıxarılması üçün BMT-də “neytral missiya” təşəbbüsü irəli sürəcək

Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi - seminar

Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

ABŞ-nin Enerji İnformasiya Administrasiyası: LNG qiymətləri yüksək olaraq qalır

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi cari ilin iki ayı ərzində təqribən 40 faiz artıb

Liviya işi: Prokurorluq Nikola Sarkozinin məhkum olunmasını tələb edib

Eldəniz Babayev: “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı sərgidə 50-dək əsərim nümayiş olunacaq

Nəriman Axundzadənin ABŞ klubundakı məvacibi açıqlanıb

Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

UNICEF: İqtisadi bərabərsizlik uşaqların sağlamlığına, təhsilinə və gələcək imkanlarına mənfi təsir göstərir

Müsbət tendensiyalar fonunda Aİ missiyasının fəaliyyətini davam etdirməsi suallar doğurur - ŞƏRH

Hüquqşünas: Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilib

WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə VİDEO

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə VİDEO

Nyu-Yorkda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan şahmat turniri

Mis qiymətləri rekord həddə yaxınlaşır

Yerli ixracatçılar sentyabrda Ər-Riyadda “Saudi Food Expo” sərgisində iştirak edəcəklər VİDEO

Yerli ixracatçılar sentyabrda Ər-Riyadda “Saudi Food Expo” sərgisində iştirak edəcəklər VİDEO

AZPROMO: Azərbaycanın artan nəqliyyat-tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır

Türk ekspert: Regionun geosiyasi arxitekturasını Bakı və Ankara müəyyən edir

May və iyun aylarında “Brent” neftinin qiyməti 106 dollar ətrafında qalacaq - PROQNOZ

Britaniyanın Milli Sərvət Fondu müdafiə şirkətinə 34 milyon dollar sərmayə yatırıb

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində səkkiz nəfər həlak olub

Leyboristlər Partiyasında böhran dərinləşir: Baş nazir istefaya çağırılır

İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb

Qlobal neft ehtiyatları bu il sutkada 2,6 milyon barel azalacaq

Anar Bağırov: Ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2950 nəfərə çatacaq

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti beynəlxalq təşkilatların funksional böhranla üzləşdiyini göstərdi – TƏHLİL

Tramp Çindən ABŞ şirkətləri üçün bazarın açılmasını xahiş edəcək

Lənkəranda ilk çay yığımına başlanılıb – hansı sortlar məhsuldardır? FOTO VİDEO

Lənkəranda ilk çay yığımına başlanılıb – hansı sortlar məhsuldardır? FOTO VİDEO

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Mayın 17-də 7 mindən çox şagird və məzun imtahan verəcək

bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub