Rixard Raşi: Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur
Bakı, 13 may, AZƏRTAC
Bugünkü səfərin əsas məqsədi münasibətlərimizin parlament ölçüsünü gücləndirməkdir. Bu sütun qanunverici orqanlarımız arasında əməkdaşlığın bütün səviyyələrində gücləndirilməyə davam etməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, parlament diplomatiyası və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bugünkü danışıqların kulminasiya nöqtəsi Slovakiya Milli Şurası ilə Azərbaycan Milli Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması oldu.
Rixard Raşi, həmçinin qeyd edib ki, parlamentlər sadəcə qanunverici qurumlar deyil. Onlar həm də iqtisadi diplomatiyanın mühüm drayverləri kimi çıxış edə bilərlər. Biz iqtisadi əlaqələrimizin fəal inkişafına sadiqik və Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [13:53]
Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında
- 13.05.2026 [13:12]
Hüquqşünas : Fransa Ermənistan üzərindən bölgədə nüfuz qazanmağa çalışır
- 13.05.2026 [13:02]
Slovakiya nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
- 13.05.2026 [12:41]
Azərbaycan-Rumıniya münasibətləri: Parlament nümayəndə heyəti Buxarestdə
- 13.05.2026 [12:36]
Makronun Qarabağ ritorikası: beynəlxalq hüquq, yoxsa siyasi manipulyasiya?
- 13.05.2026 [11:57]