Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb
Kiyev, 13 may, AZƏRTAC
Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb. Onların arasında Rusiyanın qanunsuz olaraq saxladığı yüzlərlə mülki şəxs də var.
AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Komissarı, ombudsman Dmitri Lubinets parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya əsirliyindən ümumilikdə 9048 Ukrayna vətəndaşı geri qaytarılıb. Bunlardan 452-si mülki şəxsdir.
Ombudsman bildirib ki, 2025-ci ildə Ukrayna Rusiya tərəfi ilə birbaşa əlaqə saxlayıb. Bunun sayəsində Rusiyadakı məhbuslara 5 min bağlama isti geyim və tibbi ləvazimatlar və məktub göndərilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [13:30]
Gürcüstanın xarici ticarət dövriyyəsi 1,7 faiz artıb
- 13.05.2026 [12:53]
Peter Macyar ucuz avtomobil işlədəcək və dövlət iqamətgahına köçməyəcək
- 13.05.2026 [12:45]
Çin qlobal süni intellekt təhsil xidməti platformasını istifadəyə verir
- 13.05.2026 [12:35]
Çin XİN: Donald Trampın Pekinə dövlət səfərini alqışlayırıq
- 13.05.2026 [12:26]
TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib
- 13.05.2026 [12:22]